"Whatsapp"dan əyləncəli yenilik

2016-06-09 09:12:26 / 7708 dəfə oxunub

"Whatsapp"a daha bir yenilik əlavə olunur. sabahinfo.az-ın məlumatına görə, proqramın  istifadəçiləri bundan sonra bir-birlərinə GIF qovluqlar da göndərə biləcəklər. Adı çəkilən yenilik hazırda İOS platformalı telefonlarda "WhatsApp"ın 2.16.7.1 versiyasında "beta" formada təqdim edilib.  

Bir müddət əvvəl ani mesajlaşma xidməti "WhatsApp"a daha bir yenilik əlavə edilib. Mart ayında sənədlərin transferinə icazə verən "WhatsApp" artıq zip qovluqların da göndərilməsini mümkün edib.

Mobil proqram tətbiqi vasitəsilə yaxın zamanlarda təkcə PDF faylları deyil, eyni zamanda zip qovluqları da telefon kitabçasında olan şəxslərə göndərmək mümkün olacaq.

Yeniliklər ilk olaraq beta rejim istifadəçiləri tərəfindən test ediləcək. Bir müddət sonra bütün android və iOS istifadəçilərinə təqdim ediləcək. 

GIF animasiya
GIF animasiya

Daha əvvəl isə öz istifadəçi sayını rekord həddə - 1 milyarda çatdıran "WhatsApp" daha bir yeniliklə istifadəçilərini sevindirib. Yeniliyə görə, "WhatsApp" vasitəsilə PDF sənədləri də göndərmək mümkün olacaq.

"iOS" və "Android" sistemli telefonlara tətbiq edilən yeni xidmət hələ ki "Windows" sistemli telefonlara şamil edilmir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!