Çiçəklənən, inkişaf edən Tərtər

2017-04-04 18:32:12 / 7039 dəfə oxunub

Tərtər rayonuna yolumuz elədə tez-tez düşmür. Paytaxt Bakıda işlərimizi görür, rayonda gedən sürətli inkişaf barəsində Tərtərdən olan və Bakıda yaşayan dostlardan məlumat alırıq. Tərtərlilər görülən işlərdən o qədər ağız dolusu danışır ki, axırda qərara alıram ki, görülən işlərlə şəxsən tanış olum, həyata keçirilən bu mötəbər işlər barəsində cəmiyyətə doğru-dürüst informasiya çatdırım.



Rayona gələndə yol boyu bunu düşünürdüm? Tərtərli dostlarımın dedikləri həqiqəti nə dərəcədə əks etdirir? Məgər mən Tərtərə gedib həqiqətən şoka düşəcəm???

Bu suallara cavab tapmaq heç də çətin olmadı....


Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biridir. Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayır. Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir. Əhalinin sosial-məət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür.


RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.Müstəqim Məmmədov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə



Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.


Bu gün Tərtər rayonunda abadlıq, quruculuq işləri ən yüksək səviyyədə aparılır. Elə bu səbəbdəndir ki, rayonda hər şey yenilənir, dəyişir və gözəlləşir. Dünən Tərtərə gələn, bir həftə sonra yenidən baş çəkdiyində bir xeyli yeniliklərlə üzləşməli olur.



Müstəqim Məmmədovun rəhbərliyi altında həyata keçirlən işlərdən dolayı insanlar ona minnətdarlıq edirlər. Tərtər rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi , sənaye məhsullarının , kənd təsərrüfatı məhsullarının , tikinti işlərinin, əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı artmışdır.


Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə də yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Belə ki, Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır.


Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.


Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Tərtər camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur. Hazırda Müstəqim Məmmədovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır. Əhali ilə görüşlər keçirilərək, onların problemləri dinlənilir və yardımlar edilir. Məsələn, icra başçısının sonuncu belə görüşü Surov kəndində təşkil olunub. Əhali ilə söhbət zamanı onları dinləyən Müstəqim Məmmədov, problemləri aradan qaldırmaq üçün lazım olan addımları atacağını bildirib.

Nəzərinizə çatdıraq ki, manatın növbəti dəfə devalivasiyasından sonra bəzi möhtəkirlər süni qiymət artımlarına gedərək, asan yolla daha çox qazanc əldə etməyə çalışırlar. Bunun qarşısını almaq üçün Tərtər rayonunda da zəruri tədbirlər görülür. Rayon rəhbəri əhali ilə görüşdə bəyan edib ki, son dövrlər manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə


Tərtərdə təxirəsalınmaz tədbirlər görülür. Beləki, rayon İcra Hakimiyyəti yanında istehlak bazarına nəzarəti həyata keçirən komissiya yaradılıb. Rayonda hər birinin tərkibində 10 nəfər olmaqla 10 qrup süni qiymət artımının qarşısının alınmasına nəzarət edir. Həmin qruplara isə rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri rəhbərlik edir.

Rayonun iqtisadi inkişafının təmin olunması üçün atılan bütün addımlara gəldikdə isəstəqim Məmmədovun bu gərgin əməyi də bəhrəsini verməkdədir. Qeyd edək ki, Tərtərdə hazırda iqtisadiyyatın inkişaf etdirilməsi üçün icra başçısı tutarlı addımlar atır, işlər görür, real nəticələr əldə edir. Elə bu səbəbdəndir ki, son bir ildə Tərtərdə iqtisadi inkişaf üzrə artım artıq xeyli yüksəlib. Və bu ildən etibarən həmin inkişafın iki dəfə artması gözləntiləri var. Rayonda işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması sahəsində də əsaslı addımlar atılıb. Müstəqim Məmmədovun gərgin əməyinin nəticəsi olaraq Tərtərdə bir ildə xeyli iş yerləri açılıb, yeniləri isə açılmaq üzrədir. 2016-cı ildə də Tərtər rayonu bu sahədə ən öncüllərdən biri olacağı şübhə doğurmur.



Yusif Məhəmmədoğlu

Bakı-Tərtər-Bakı




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws