Hitlerin şalvarı da satıldı: bu məbləğə İNANMAYACAQSINIZ /Foto

2016-06-21 09:00:09 / 2873 dəfə oxunub
Ötən gün Almaniyanın Münhen şəhərində Nasist liderlərinin əşyaları hərraca çıxarılıb.

Adolf Hitlerin 1940-ci ildə Fransada geydiyi boz rəngli pencək 275 min avroya satılıb, ona aid şalvar isə 62 min avroya müştəri tapıb. Hərracda Hitlerin 1929-cu ilə aid vergi qəbzi 3 min 300, 1944-cü ildə çəkilən beyin rentgeni isə 21 min avroya satılıb.

Mübahisəli hərracda Adolf Hitlerin corabları, nasist zabiti Hermann Görinqin alt paltarı, Hitlerin həyat yoldaşı Eva Braunun hərbi uniformaları satışa çıxarılıb. Con Lattimerə məxsus kolleksiyada yer alan 169 əşya ümumilikdə təxminən 900 min avroya satılıb.

Beş saat davam edən hərracda Hermann Görinqə aid əşyalar da böyük maraqla qarşılanıb. Görinqin pilot saatı 42 min, zəhər qutusu 26 min, şlyapası 3 min 400, alt paltarı isə 3 min avroya satılıb.
"Bild” qəzetinin yazdığına görə, Hitlerə aid çox sayda əşya alan şəxs adının gizli qalmasını istəyib. O, aldıqlarına ümumilikdə 600 min avro xərcləyib.


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws