Emin və Leyla Əliyevanın əkizlərinin geyim tərzi - Fotolar

2016-06-22 11:20:34 / 9796 dəfə oxunub
Rusiyanın "hellomagazine.com” saytının "Ulduz övladlarının stili” rubrikasının budəfəki qonaqları müğənni-bəstəkar Eminlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əkizləri Əli və Mikayıl olub.

Axşam.az-ın məlumatına görə, yazıda Eminin övladları, ailəsi ilə bağlı fikirləri qeyd olunub:

"Leyla ilə öz istəyimizlə ayrıldıq. Heç kim bir-birini incitmədi, bir-birimizə pis heç nə etməmişik. İndi münasibətlərimiz ailəli olan vaxtlardakından da yaxşıdır. Bizim üçün önəmli olan övladlarımızdır. Lazım gələndə birlikdə gəzməyə gedir, haradasa əylənirik. Əsas məqsədimiz oğullarımızı birlikdə böyütməkdir”.

Məqalədə daha sonra əkizlərin geyim tərzindən bəhs edilib. Onların nəyi xoşladıqları vurğulanıb.

"Ağalarovların varisləribənzər obrazda geyinməyi sevirlər, amma eyni libasdan istifadə etmirlər. Əgər onlar cins şalvar və ağ kofta geyiniblərsə, papaqları mütləq fərqli olmalıdır. Əli və Mikayıl papaqları çox sevirlər. Onların qarderobunda hər növ, saysız-hesabsız papağa rast gəlmək olar. Onlar "Hörümçək adam”, "Minion”, "Maşınlar” cizgi film qəhrəmanlarının şəkilləri olan papaqlar, koftalar xoşlayırlar.

Əli və Mikayıl futbol və boksu sevirlər. Buna görə də rahat və tünd rəngli geyimlərə üstünlük verirlər” deyə, yazıda qeyd olunub.







Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws