''Biz özümüzdə bu həyatda qonağıq''

2016-06-27 15:06:17 / 10300 dəfə oxunub
Bəlkə də Azərbaycan xaqlı qədər qonaqsevər xalq yoxdur. Hər zaman qonağı Allah qonağı deyib sevə sevə qarşılamışıq. Evimizdə olan nemətlərin ən yaxşısını və ən tamlısını Qonaqımız üçün hazırlamışıq. Evimizin bir otağını isə həmişə "Qonaq Otağı" deyib ayırmışıq. Qonaqpərvərliyimizlə ad çıxarmışıq dünya çapında. Sabahinfo.az saytı olaraq yeni rublikaya start verdik və adını da "Sabahın Qonağı" qoyduq. Beləliklə ilk qonağımız iş adamı-xeyriyyəçi Qismət Şükürovdur.Onunla olan müsahibəni sizə təqdim edirik:

 
- Qismət müəllim Qonaqsevərsiniz?

-Qonaqpərvər olmaqıma bəli qonaqpərvərəm.

- Bir el məsəli var deyir qonaqdan qabaq ruzisi gəlir. Bu deyimlə nə dərəcədə razılaşırsınız?

-Bu fikirə mən tam başqa cavab verim.Mənim fikirimcə hər kəsin ruzisi öncədən gəlir sadəcə kimin necə bəhrələndiyi özündən aslıdır.

- Daha bir el məsəli var. Qonaq qonağı sevməz, ev yiyəsi heç birini bu doğrudur?
-Qonaq qonaqı sevməz ev yiyəsi heç birin məsəlinə cavabım isə mənim qapımı açan qonaqım növbəti qonaqımı bəyənmirsə bu düzgün deyil.Qonaqımın mənim üçün isə başımın üstə yeri var.
- Qonaq getməyi çox sevirsiniz yoxsa qonaq qəbul etməyi?

-Qonaq getməyi çox sevmirəm qonaq qəbul etməyi isə hər zaman qapım açığdır.
- Arzulamadığınız biri qonaq gəlsə qapinızı açarsınız?

-Qapımı döyən qonağın kimliyindən aslı olmayaraq qapım hər zaman açığdır.

- Həyatınızda çoxmu qonaq olub?

-Həyatımda qonağ çox olub bəli.Biz özümüzdə bu həyatda qonağıq.
- Bəs siz kiminsə həyatında qonaq olmusunuzmu?

-Mən özüm kiminsə həyatında müvəqqəti qonağ olmağı xoşlamıram.Kiminsə həyatında müvəqqəti qonağ olmuşamsa deməli elə olmalı idi oldu.

- Bu həyatda hamımız qonağıq. Siz özünüzü qonaq kimi necə hiss edirsiniz?
-Həyatda hamımız qonağıq bəli hər kəs kimi məndə müsbət qarşılayıram.Mənim fikirimcə hər bir insan bu dünyası ilə o dünyasın bilib bu həyatda qonağ olmağında müsbət qarşılamalıdır.

- İstəklərinizə çatmısınızmı?
-Həyatda çox istəklərimə çatmışam.Zamanla İnşəAllah çatmadığım arzularımada çataram yəqinki.

- Bizim bu qonaqlıqdan narazı qalmadınızki?
-Sizin qonağlıqdan məmnun oldum.Belə bir qonağlıqdan daima edin.Belə bir müsahibə üçündə sizə bu müsahibədə zəhməti keçən hər kəsə güc,zehin açığlıqı və əsasda can sağlığı arzu edirəm.Uğurlarınız bol olsun İnşəAllah.  
Ülviyyə Şahin

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!