''Daimi sakinlərə üstünlük verirəm''

2016-06-28 11:02:08 / 11252 dəfə oxunub

Bəlkə də Azərbaycan xaqlı qədər qonaqsevər xalq yoxdur. Hər zaman qonağı Allah qonağı deyib sevə sevə qarşılamışıq. Evimizdə olan nemətlərin ən yaxşısını və ən tamlısını Qonaqımız üçün hazırlamışıq. Evimizin bir otağını isə həmişə "Qonaq Otağı" deyib ayırmışıq. Qonaqpərvərliyimizlə ad çıxarmışıq dünya çapında. Sabahinfo.az saytı olaraq yeni rublikaya start verdik və adını da "Sabahın Qonağı" qoyduq. Beləliklə  növbəti qonağımız Niderland Jurnalistlər Birliyinin üzvü, "Connect” təşkilatının sədri,Vüqar  Abbasovdur

 

''Vüqar Abbasovu  yaxından tanıyaq : 

Vüqar Abbasov 1974 - cü ildə Beyləqanda anadan olub. 1975 - ci ildən 2008 - ci ilə kimi Bakıda yaşamış. Qərb Universitetini politologiya ixtisası üzrə təhsil alıb. Bir müddət AZTV - də çalışmış və turizm biznesi ilə məşğul olmuşdur. 2008 - ci ildən Niderlandda yaşayır. Orda ikinci təhsilini, sosial xidmətlər ixtisası davam etdirmişdir.Hazırda Niderland Qaçqınlarla İş Üzrə İdarədə hüquq yardımçısı işləyir.''

Onunla olan müsahibəni sizə təqdim edirik:


- Salam Vüqar müəllim. Qonaqsevərsiniz?

-Baxır qonağa. Xoş məqsədlə gələn hər kəsi sevərəm.

-Bir el məsəli var deyir qonaqdan qabaq ruzisi gəlir. Bu deyimlə nə dərəcədə razılaşırsınız? 

-Məncə bir balaca da özünə təskinlik vermək üçün deyilmiş sözdür . Bir qədər zarafat etdim, məncə də qonağın ruzisi özündən qabaq gəlir.

-Daha bir el məsəli var. Qonaq qonağı sevməz, ev yeyəsi heç birini bu doğrudur?

- Mən bir yerə qonaq gedəndə ora başqa qonağın gəlməyini istəmirəm. Mənim evimdə qonaq olan zaman başqa qonaq gələrsə hər birinə gözüm üstə yer var, xoş gəliblər.

-Qonaq getməyi çox sevirsiniz yoxsa qonaq qəbul etməyi?

-Hər ikisini, ancaq hara gedəcəyimə və kimin qonaq gələcəyinə bağlıdır. Üstünlüyü isə ikinciyə verərdim.

-Arzulamadığınız biri qonaq gəlsə qapinızı açarsınız?

Açmağına açaram, ancaq qapını bağlayanda qonağın qapının hansı tərəfində olacağı onun kimliyinə bağlıdır 

-Həyatınızda çoxmu qonaq olub?

-Həyatımda qonaqları sevmərəm, daimi sakinlərə üstünlük verirəm. Həyətimdə qonaq çox olub, həyatımda yox.

-Bəs siz kiminsə həyatında qonaq olmusunuzmu?

-Kiminsə həyatına qonaq olmağı heç sevməmişəm. Bildiyim qədər kimsənin həyatında qonaq olmamışam.

-Bu həyatda hamımız qonağıq. Siz özünüzü qonaq kimi necə hiss edirsiniz?

-Dünyanı hamımızın qonaq olduğu bir ev hesab etsək, çalışmışam ki, qonaq olduğum evin digər qonaqlarını i incitməyim. Üçüncü sualınıza qayıdıb demək istəyirəm ki, hamımızın qonaq olduğu bu dünyada digər qonaqları da sevirəm. Özümü də hər an getməyə hazır bir qonaq kimi hiss edirəm.

-İstəklərinizə çatmısınızmı?

-Çatdığım istəklər də olub, çatmadıqlarım da. İstəklər bitib-tükənməzdir.

-Bizim bu qonaqlıqdan narazı qalmadınızki?

-Yox, çox razı qaldım. Heç vaxt "yemədiyim” sualları "yedim.” Qonaqlığınız üçün təşəkkür edirəm.

Ülviyyə Şahin
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!