Yuxunun hikməti

2016-06-29 09:24:12 / 3699 dəfə oxunub

Yuxu nədir? İnsanlar nə üçün yuxu görürlər? Bu mövzuda qısa araşdırma aparaq.

sabahinfo.az deyerler.org-a istinadən bildirir ki, İmam Kazım (ə) buyurur: "Yaranışın ilk çağlarında bəşəriyyət üçün röya (yuxu görmə) yox idi. Sonradan bu xüsusiyyət Allah tərəfindən insanlara verildi. Səbəbi də, Allahın bir peyğəmbəri onun öz dövründəki insanları haqqa dəvət və hidayəti üçün göndərməsi oldu. Həmin peyğəmbər insanlara Allaha itaət və bəndəliyə dair əmr çatdırdı. Ona dedilər: "Sənin sərvətin bizdən az olduğu halda, əgər biz Allaha pərəstiş etsək, əvəzində nə alacağıq?". O peyğəmbər buyurdu: "Əgər Allaha itaət etsəniz - əvəzi cənnət, günah edib məni dinləməsəniz - yeriniz cəhənnəm olacaqdır". Dedilər: "Cənnət və cəhənnəm nədir?". Peyğəmbər hər ikisi barədə şərh verdi. Soruşdular ki, bəs nə vaxt onlara qovuşacağıq? Buyurdu ki, öldüyünüz zaman. Amma onlar: "Bizim ölülər çürüyüb torpaq olurlar və onlar üçün sənin vəsf etdiyin şeylərdən heç biri yoxdur" -deməklə, həmin peyğəmbəri inkar etdilər. Allah Təala bu adamlar üçün yuxu görməni müəyyən etdi. Yuxuda gördülər ki, yeyirlər, içirlər, hərəkət edirlər, danışırlar və eşidirlər. Elə ki, yuxudan oyandılar, sadalananlardan bir əsər-əlamət görmədilər. Həmin peyğəmbərin yanına gəlib, yuxularını danışdılar. Peyğəmbər buyurdu: "Allah Təala bu dəlillərlə sizə xəbərdarlığını sona yetirdi. Sizin ruhlarınız belədir. Öldüyünüz vaxt bədənlərininz torpaqda çürüsə də, ruhlarınız Qiyamət gününədək əzabda və ya naz-nemət içində olacaqdır".
Buna əsasən demək olar ki, yuxu görmə bizim üçün adiləşsə də, lakin o vaxt insanlar üçün möcüzə olmuşdur. Məsələyə təzədən baxsaq, bizim üçün də bir möcüzə olar və məadın nişanəsini dərk edə bilərik.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws