"Allahın sevən onun qonağınıda sevər"

2016-06-28 23:56:29 / 5306 dəfə oxunub
Bəlkə də Azərbaycan xaqlı qədər qonaqsevər xalq yoxdur. Hər zaman qonağı Allah qonağı deyib sevə sevə qarşılamışıq. Evimizdə olan nemətlərin ən yaxşısını və ən tamlısını Qonaqımız üçün hazırlamışıq. Evimizin bir otağını isə həmişə "Qonaq Otağı" deyib ayırmışıq. Qonaqpərvərliyimizlə ad çıxarmışıq dünya çapında. Sabahinfo.az saytı olaraq yeni rublikaya start verdik və adını da "Sabahın Qonağı" qoyduq. Beləliklə  növbəti qonağımız  Könül   Hacızadədir.

Könül Hacızadəni  yaxından tanıyaq :

Könül Hacızadə 1976 cı il Gədəbəy rayonu Söyüdlü kəndində dünyaya göz açıb.Ali təhsildir.
2002 ci ildə Küveyt vətəndaşl Bədi Haşim Əli Əl Avadi ilə ailə həyatı qurub.
Hazırda Küveytdə Azərbaycan Küveyt Mədəniyyət və Dostluq Vətənsevər diaspora təşkilatının sədri vəzifəsini daşıyır.


- Salam Könül xanım. Qonaqsevərsiniz?

-Qonaq Tanrı qonağıdır.


-Bir el məsəli var deyir qonaqdan qabaq ruzisi gəlir. Bu deyimlə nə dərəcədə razılaşırsınız? 

-Razıyam bəli.Bir məsəldə var Qızaran ət qızaran günü yeyilər.Ona görədə qonaqsız evdə susuz dəyirmana bənzər.


-Daha bir el məsəli var. Qonaq qonağı sevməz, ev yiyəsi heç birini bu doğrudur?

-Biz Azərbaycanlılar qonaqpərvər xalqıq.Qonaq qonağı sevməsədə ev yiyəsi məcburən sevməlidir o qonağı.Çünkü qonaq Allah qonağıdır.Allahın sevən onun qonağınıda sevər


-Qonaq getməyi çox sevirsiniz yoxsa qonaq qəbul etməyi?

-Bəzən qonaq getməkdə yaxşıdır.Evdən bayıra çıxmağa bir bəhanə lazımdır.Amma qonağın qəbuluda gərək elə olsa ki gələn adam məmnun olmalıdır arxancan söyməsin səni))) 


-Arzulamadığınız biri qonaq gəlsə qapinızı açarsınız?

Qapım hər kəsə açıqdır.Evimə hörmətlə gələn qarşılıqlıda yola salınacaq.Düşmən belə olsa.


-Həyatınızda çoxmu qonaq olub?

-Biz özümüz bu həyata bir qonağıq zatən.Mən həyatıma qonaq qəbul etmərəm.Həyatıma girən ev yiyəsidir oda ailəmdir))


-Bəs siz kiminsə həyatında qonaq olmusunuzmu?

-Kiminsə həyatında qonaq olmağımı deyə bilmərəm.


- Bu həyatda hamımız qonağıq. Siz özünüzü qonaq kimi necə hiss edirsiniz? 

-Həyatda hamı qonaqdır bəli məndə bir gün bu fani dünyadan öz köçümü yığacam.Amma dilərəm ki getdiyimdə xatirələrdə isti izlər şirin xatirələr qoyub getmiş olum.Arxamca rəhmət oxunsun

-İstəklərinizə çatmısınızmı? 

-Həyatda heç kəs deyə bilməz ki bütün istəklərinə çatmışdır.Məndə yaşadıqca istəklərim arzularım artır.Həyat yaşamaq yaratmaq gözəldir.Məndə öz növbəmdə nələrsə müsbət işlər görməyə çalışıram


-Bizim bu qonaqlıqdan narazı qalmadınızki? 

-Qonaqlığınız çaysız süfrəsiz olsada könül xoşluğu sevgi dolu olaraq razılaşdım))


Ülviyyə Şahin



Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09
Dollar UCUZLAŞDI
2017-05-23 17:15:42



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws