''Hər kəsin həyatinda müəyyən qonaqlar olur''

2016-06-30 17:02:53 / 10863 dəfə oxunub
Bəlkə də Azərbaycan xaqlı qədər qonaqsevər xalq yoxdur. Hər zaman qonağı Allah qonağı deyib sevə sevə qarşılamışıq. Evimizdə olan nemətlərin ən yaxşısını və ən tamlısını Qonaqımız üçün hazırlamışıq. Evimizin bir otağını isə həmişə "Qonaq Otağı" deyib ayırmışıq. Qonaqpərvərliyimizlə ad çıxarmışıq dünya çapında. Sabahinfo.az saytı olaraq yeni rublikaya start verdik və adını da "Sabahın Qonağı" qoyduq. Beləliklə  növbəti qonağımız tanınmış musiqiçi və şair Xəyyam Məmmədovdur

 Xəyyam Məmmədovu  tanıyaq : 

Xəyyam Məmmədov 1976 cı ildə ,Cebrayıl rayonunda anadan olub.Azərbaycan Milli Konservatoriyasında işləyir.Ailəlidir, 3 övladı var.


- Salam Xəyyam müəllim. Qonaqsevərsiniz?

-Salam! Qonaqsevərlik, qonaqpərvərlik bizim milli xüsusiyyətimizdir. Bu genetik bir xûsusdur. Mən də bu millətin övladı kimi təbii ki, qonaqsevən insanam. Qapım bütün xoşniyyət insanların üzünə açıqdır...


-Bir el məsəli var deyir qonaqdan qabaq ruzisi gəlir. Bu deyimlə nə dərəcədə razılaşırsınız? 

-Ümumiyyətlə bizim xalqa məxsus olan, milli dəyərlərimizdən olan atalar sözləri, el məsəlləri məntiqi köklərə əsaslanır. Mən bu deyimlə tam razıyam. Tək qonaqdan əvvəl ruzusu gəlir məsəli yox, bu xüsusda olan bir neçə məsəllər var ki, məsələn: Ev tikənlə toy edən kəslərə Tanrı kömək olar, Öladın ruzusu haqqdan gələr və s...


-Daha bir el məsəli var. Qonaq qonağı sevməz, ev yeyəsi heç birini bu doğrudur?

-Bu məsəlin kökündə psixoloji bir məsələ var. Bir az yumor hissiylə deyilmiş məsəldir. Amma çağrılmamış qonaq məsələsində hardasa həqiqətə yaxın bir məsəldir. Bunu yumorla qəbul edirəm...

-Qonaq getməyi çox sevirsiniz yoxsa qonaq qəbul etməyi?

-Qonaq getmək mənim aləmimdə qonaq qəbul etməkdən çətindir. Buna görə də qonaq qəbul etmək mənimçün daha rahatdır...


-Arzulamadığınız biri qonaq gəlsə qapinızı açarsınız?

-Qapım hər kəsin üzünə açıqdır. Amma arzulanan qonaq başqa aləmdir dəə...


-Həyatınızda çoxmu qonaq olub?

-Bu sual bir az təhlükəli və bir neçə məna daşıyan sualdır. Hər kəsin həyatında müəyyən qonaqlar olur. Bunlardan iz buraxanları da olur izsiz tozsuz gedənləri də. Demirəm həyatımda yetərincə "QONAQPƏRVƏR" olmuşam. məncə qonaqlarımın hamısı məndən razı qalmayıb...


-Bəs siz kiminsə həyatında qonaq olmusunuzmu?

-Təbii ki, bu həyatı yaşayırıqsa, qonağımız olduğu kimi özümüz də kiminsə həyatında qonaq oluruq. Sadəcə qonağı olduğumuz həyatda xoş xatirələr, xoş izlər buraxmaq daha yaxşı olardı. Həm də həyat hələ davam edir. Hələ özümüzdən asılı olmayan, yəni qismət-qədərin hələ neçə qonaqlıq hazırladığını bilmək olmaz....


-Bu həyatda hamımız qonağıq. Siz özünüzü qonaq kimi necə hiss edirsiniz?

-Təbii ki, hər bir yaranan əbədi deyil. Hamımız bu dünyanın qonağıyıq. Ola bilsin ki, dünya üzümüzə o qədər də xoş baxmayıb. Amma bu qonaqlıq çox şirindir...


-İstəklərinizə çatmısınızmı?

-Həyatın marağı, yaşam istəklərə, ümidlərə bağlıdır. Bütün İstəklərə çatmaq mümkün deyil. İnsan hətta yetərincə yaşayıb həyata gözünü yumanda da müəyyən istəklər hələ də ümid olaraq qalır...


-Bizim bu qonaqlıqdan narazı qalmadınızki?

-Adam da heç qonaqlıqdan narazı qalar? Təki həmişe QONAQLIQ olsun...

Ülviyyə Şahin




Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09
Dollar UCUZLAŞDI
2017-05-23 17:15:42



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws