Azərbaycanli olan hər kəs qonaqpərvərdir

2016-07-04 19:35:27 / 4382 dəfə oxunub
Bəlkə də Azərbaycan xaqlı qədər qonaqsevər xalq yoxdur. Hər zaman qonağı Allah qonağı deyib sevə sevə qarşılamışıq. Evimizdə olan nemətlərin ən yaxşısını və ən tamlısını Qonaqımız üçün hazırlamışıq. Evimizin bir otağını isə həmişə "Qonaq Otağı" deyib ayırmışıq. Qonaqpərvərliyimizlə ad çıxarmışıq dünya çapında. Sabahinfo.az saytı olaraq yeni rublikaya başladıq və adını da "Sabahın Qonağı" qoyduq. Beləliklə  növbəti  müsahibimiz gənc rəssam və şairə Gülşad Quliyevadır

Gülşad Quliyevanı  tanıyaq : 
Gülşad Quliyeva Baki səhərində anadan olub.Orta mekteb tehsilini basa vurduqdan sonra , Ezim Ezimzade adina Ressamliq Kollecine daxil olub ve hemin kolleci ugurla bitirib. Ixtisasca Qrafikdir. 2012 ci ilde "Limonlu Cay " ilk seirler kitabi nesr olunub.Hal-hazirda ressamliq ve edebi fealiyyetini davam etdirmekdedir.


-Salam Gülşəd xanım. Qonaqsevərsiniz?

-Salam! Düsünürəm ki, təkcə milliyətcə deyil, həm də ruhən Azərbaycanli olan hər kəs qonaqpərvərdir. Mən də həmcinin.


-Bir el məsəli var deyir qonaqdan qabaq ruzisi gəlir. Bu deyimlə nə dərəcədə razılaşırsınız? 

-Qonaq təkcə evinin deyil, həmcinin də süfrənin qonagıdır. Əlbətdə ki, qonagınla evində olan dadlı neymətləri paylaşacaqsan, paylaşmalisan da. Qonaqdan əvvel evinə gəlen neymət ailənin ruzisidir , həmin qonagın qisməti, sənin də bölüsmək qabiliyyətin.


-Daha bir el məsəli var. Qonaq qonağı sevməz, ev yeyəsi heç birini bu doğrudur?

-Qonaq oldugun bir evdə qarsilasdıgın digər qonaqlarla eyni süfrəni paylaşırsansa, eyni adamı deyib gəlmisənsə ev sakini niyə də sevməyəsən? Evdə oldugu halda qapısına qıfil vuran, qonaga soyuq çay süzən, qonaq oturdugu halda tez-tez saata baxan ev yiyələrini də az görməmişik. Qonagi qarsılamaq, qonaga xidmət, qonagı yola salmaq, qonaq getmək, ev sahibiylə və ya qonaq getdiyin məkanda digər qonaqlarla düzgün davranış özü də bir mədəniyyətdir. Təbii ki, belə bir mədəniyyət kimdesə, kimlərdəsə olmaya da bilər.



-Qonaq getməyi çox sevirsiniz yoxsa qonaq qəbul etməyi?

-Vaxt azlıgı və iş rejimimin çox saatini evdə kecirməyimi nəzərə alsaq, qonaq qəbul etmək mənə daha uygundur.




-Arzulamadığınız biri qonaq gəlsə qapinızı açarsınız?

-Arzulmadıgım qonağım hec olmayıb, nə vaxtsa qonaq olacaq belə bir adam da yoxdur. Olsaydı belə açardım qapını, olsa belə acaram. Bir sözlə, təki gələn xos niyyətlə gəlsin.



-Həyatınızda çoxmu qonaq olub?

-Evimizin cox qonagi olub.



-Bəs siz kiminsə həyatında qonaq olmusunuzmu?

-Çox evlərin qonagı olmuşam.



-Bu həyatda hamımız qonağıq. Siz özünüzü qonaq kimi necə hiss edirsiniz?

-Senət fəaliyyəti olan bir adam qonaq olması haqda deyil, ebədilik haqda düsünsə daha doğru olar,məncə. Yaradıcı insanın nə yaradıcılıgı müvəqqətidir, nə də varlıgı. Belə deyək , unudulmayan həmisə sagdır.



-İstəklərinizə çatmısınızmı?

-O istəklərdən ötrü ki, mübarizə aparmışam , zəhmət cəkmisəm və həmin istəklər ücün doğru zamanda, doğru yöndən istiqamət almışam hamısına çatmışam.



-Bizim bu qonaqlıqdan narazı qalmadınızki?


-Səmimi qonaqlıgınıza görə təsəkkür edirəm. Dəvətləriniz və qonaqlarınız çox olsun.


Ülviyyə Şahin




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws