Bu quşun yumurtası 1001 dərdin dərmanıdır

2016-07-06 22:42:09 / 3839 dəfə oxunub

Bəlkə də çoxumuzun heç dadına baxmadığımız bildirçin yumurtası 1001 dərdin dərmanıdır.

sabahinfo.az fizulihuseynov.com-a istinadən bildirir ki, bildirçin yumurtası toyuq yumurtasından 5 dəfə artıq fosfor, 8 dəfə artıq dəmir, 9 dəfə artıq zülal, 15 dəfə artıq B1 vitamini ehtiva edir. Bildirçin yumurtası iştahı yaxşılaşdırır, vitaminsizlikdə, mineral çatışmazlığında faydalıdır, immuniteti qüvvətləndirir, xərçəng önləyici təsiri vardır, çünki tərkibində likopen adında antioksidant vardır, gec danışan zəif uşaqlar, göz görməsindən əziyyət çəkən, tez-tez xəstələnən uşaqlar üçün əvəzolunmaz qidadır. Allergiyadan əziyyət çəkən uşaqlar üçün də çox faydalıdır.

Yumurtanın qabıqlarını da istifadə edin, belə ki, qabıqlar azca qaynadılır, sonra üyüdülür, uşaqların yeməklərinə qarışdırılır, kalsium çatışmazlığını aradan qaldırır. İstifadə qaydası: uşaqlar gündə bir dəfə 1 ədəd yumurtanı suda az qaynadılmış halda yeyə bilərlər və ya yumurta sındırılır, ağı sarısından ayrılır, ağı bişirilib yeyilir, sarısı isə südə qarışdırılaraq içilir.


Bildirçin yumurtası cinsi istəyi artırır, uşaqların zəkasını inkişaf etdirir. Yumurtanı sındırın, ağı ilə sarısını bir-birinə qarışdırın, saçlarınıza yaxın, yuyunmazdan yarım saat əvvəl şampun vurmadan yuyunun. Saçları həm yumşaq, həm də parlaq edir, kəpəklənməni götürür.


Bildirçin əti ürəyin, qaraciyərin, ağciyərin, böyrəyin, mədənin müalicəsində böyük əhəmiyyətə malikdir.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws