Bu oyunu keçməyə 10 il sərf etdi

2016-07-07 22:01:52 / 3472 dəfə oxunub

Yaponiyadan olan oyun həvəskarı özünün "Twitter" səhifəsində tanınmış "Minaaxtaran" (Minesweeper) oyununda ən çətin mərhələni keçdiyini yazıb.

sabahinfo.az  lent.az-a istinadən bildirir ki, gənc 77 bombanı zərərsizləşdirə bilib.

Bu nəticəni əldə etmək üçün istifadəçiyə 10 il vaxt lazım gəlib. Gənc oğlan qeyd edib ki, artıq bu çətin dövr arxada qalıb. Yaponiyalı oyunsevərin dərc etdiyi şərh iki sutka ərzində 34 min retvit və 27 min layk toplaya bilib. İctimaiyyət onu bu nailiyyətlə təbrik edib.

"Minaaxtaran" oyunu məntiqi oyunlar sırasına daxildir. Onun əsas məqsədi bütün minaları keçməklə bütün xanaları açmaqdır.

Bu ilin yay aylarında "Microsoft" korporasiyası məlumat dərc edib ki, "Minaaxtaran", "Kart" oyunları "Windows" əməliyyat sisteminin əsas versiyalarında yüklənmə paketlərinə daxil edilib.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws