Kimlər səhabə sayılır?

2016-07-09 21:44:07 / 5441 dəfə oxunub
Səhabə və ya əshab Hz. Peyğəmbər (səllallahu əleyhi və səlləm)  ilə eyni dövrdə yaşamış müsəlmanlara verilən addır. Mömin olaraq Hz. Peyğəmbəri (səllallahu əleyhi və səlləm) görən və bu imanla yaşayıb vəfat edən şəxsə səhabə deyilir. Olanları dərk edəcək səviyyədə böyümüş uşaqlar səhabə kimi qəbul olunurlar.
sabahinfo.az  sunna.az-a istinadən bildirir ki, fəzilət dərəcələrinə görə bütün səhabələr eyni səviyyədə deyil. Hakim Neysaburi (v. 1014) fəzilət dərəcələrinə görə səhabələri on iki təbəqəyə ayırmışdır:
 
Məkkədə ilk müsəlman olan səhabələr. Bunlar Hz. Əbu Bəkr, Hz. Ömər , Hz. Osman, Hz. Əli və əşəreyi-mübəşşərədən olan digər səhabələrdir. Qadınlardan Hz. Xədicə, kölələrdən Bilal, azad olunanlardan Zeyd ibn Haris və s.
Darun-Nədvədə müsəlman olanlar. Bunlar Hz. Ömərin müsəlmanlığını açıqlamasından sonra darun-nədvə deyilən iclas yerində müsəlman olub Hz. Peyğəmbərə beyət edənlərdir.
Həbəşistana hicrət edənlər. Bunlar on bir kişi və dörd qadından ibarət olan 15 nəfərlik dəstədir.
Birinci əqəbədə Hz. Peyğəmbərə beyət edənlər. Bunlar da on iki nəfərdir.
İkinci əqəbə beyətinə qoşulanlar. Bunların əksəriyyəti mədinəlilərdən ibarətdir. Bu beyətə yetmişdən çox şəxs qoşulmuşdur.
Hz. Peyğəmbərə "Quba" (Mədinə yaxınlığında bir yer) deyilən yerdə qoşulan mühacirlər.
Bədr döyüşündə iştirak edən səhabələr. Bunların fəzilətini Hz. Peyğəmbər belə bildirmişdir: "Allah Bədr müharibəsində iştirak edənləri qəsd edərək "istədiyinizi edin, mən sizi bağışladım"-buyurmuşdur.
Bədr müharibəsi ilə Hüdeybiyyə müqaviləsi arasında Mədinəyə hicrət edənlər.
Hüdeybiyyədə ağac altında Hz. Peyğəmbərə beyət edənlər. Fəth surəsinin 18-ci ayəsində buna işarə vardır: "Ya Peyğəmbər! And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı qaldı. Allah onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa göstərəcəklərini) bildi, onlara (öz dərgahında) arxayınlıq (rahatlıq, səbr, səbat, mənəvi güc) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı".
Hüdeybiyyə sülh müqaviləsi ilə Məkkənin fəthi arasında hicrət edənlər.
Məkkənin fəthi günü müsəlman olanlar. Bunların sayı isə minə yaxındır.
Məkkənin fəthi günü və ya Vida həccində Rəsulullahı görən və beləliklə səhabə kimi qəbul olunan uşaqlar. Məsələn, Əbu Tüfeyl, Əbu Cüheyfə Hz. Peyğəmbəri ziyarət edərkən onu zəmzəm quyusu ətrafında görmüş və səhabə olmuşdular


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws