Qorxulu hadisə: qəbirlər öz-özünə açıldı - FOTOLAR

2016-07-10 11:09:24 / 10427 dəfə oxunub

1807-ci ildə Barbadosda bir xristian qəbiristanlığında ağıllara durğunluq verən hadisələr serialı yaşandı.

Qəbirstanlıqdakı bir məzar otağına dəfn edilən bütün cəsədlər yerindən oynayırdır.

1807-ci ildə xanım Thomas Qoddardın cəsədi sadə taxta bir tabutla məzar otağında dəfn edildi.

Daha sonra intiharlar və cinayət işləri ilə "şöhrət” qazanan Çhase ailəsində vəfat edənlər də eyni məzar otağında dəfn edilməyə başlandı.

Ailənin başçısı pis bir insan idi. Sahib olduğu qullara qarşı zalımlığı ilə ad çıxarmışdı.

22 Fevral 1808-ci ildə körpə Mary öldü. Ehtimallara görə, sözügedən ailə başçısı körpəsini əsəbi vaxtında boğaraq öldürmüşdü. Minik körpə metal bir tabutda həmin məzar otağında dəfn edildi.

Bir neçə ay sonra ailənin digər bir fərdi olan Dorças özünü bağçadakı bir şkafa kilidləyib havasızlıqdan öldü. O da eyni məzar otağında dəfn edildi. Lakin onun dəfn mərasimi zamanı məzar otağının qapısı açılanda fənərin işığıyla ortaya çıxan gerçək hamını qorxuya saldı. Körpə Çhaseinin tabutu qoyulduğu yerin tam qarşısında və baş qisimi yuxarıya dik dayanırdı!

Gördükləri qarşısında göz yaşlarını tuta bilməyənlər tabutu düzeldərək, Dorçası  bacısının yanında dəfn etdilər.

Bir ay sonra ailənin zalım başçısı polkovnik Çhase baş verənlərə dözmədi və özünü öldürdü. Çhase də eyni məzar otağında dəfn edildi.

Çhasenin ölümündən 8 il sonra ailənin daha bir uşağı vəfat etdi və dəfn edilmək üçün məzarlığa gətirildi.

Ötən müddət ərzində məzar otağının dəmir giriş qapısı paslanmışdı. Bura kimsənin gəlmədiyi açıq-aşkar görünürdü.

Dəfn mərasimi üçün içəri girənlər qorxudan diksindilər. Xanım Thomas Qoddardın tabutu basdırıldığı yerdə idi, amma Çhase ailəsinin tabutları ətrafa dağılmışdı. Bu çox qəribə idi, axı bir tabutu ancaq 4 adam qaldıra bilirdi.

Xalq arasında qəbiristanlığın lənətləndiyi dedi-qodusu yayıldı.

Bu dəfə Qoddard ailəsindən bir nəfər vəfat etdi. Sözügedən şəxsin dəfni zamanı da insanlar qan donduran mənzərə ilə qarşılaşdılar. Yenə Çhase ailəsinin tabutları məzar otağının hər yerinə səpələnmişdi.

Məzar otağını yoxlayan rəsmi şəxslərin göstərişinə əsasən, bütün giriş-çıxışlar yoxlanıldı, başqa bir yeraltı yolun olub-olmaması dəqiqləşdirildi və məzar otağının qapısı möhürləndi.

1820-ci ildə son dəfə məzar otağı açıldı. Qapıdakı möhür qırılmamışdı. Gips möhürü sındırıb içəri keçmək istəyən vəzifəli şəxslərin cəhdi uğursuz alındı. Çünki qapının açılmasına içəridən bir şey mane olurdu. Qapı sındırılanda hamı bir daha şokda idi. Arxadan qapının açılmasına mane olan tabut pillələrə dəyib yerə düşdü.

London Elm Muzeyi və Fizika Araşdırmaları Dərnəyinin  araşdırmaçıları hadisəni  tədqiq etdilər,  amma heç bir səbəb tapılmadı.

Tabutlar yer hərəkətlərindən dolayı  üzə çıxa bilməzdi, çünki tabutların basdırıldığı yer səthinin dərinliyi bir mərcan yatağı idi.

Məzar otağının giriş qapısından başqa heç bir qapısı, yeraltı çıxışı yox idi. Qapıdakı möhür pozulmadığına görə, birinin gizlicə içəri girməsi qeyri-mümkün idi

Məzar otağına qoyulan ləl-cəvahirata toxunulmamışdı,  bu səbəbdən oğrularının işi də deyildi.

Lənətli olduğuna inanılan məzar otağı bir daha əsla istifadə edilməyib.




Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws