“Formula 1” rəhbərinin qayınanası qaçırıldı

2016-07-26 12:07:46 / 4307 dəfə oxunub
"Formula 1” yarışlarının rəhbəri Berni Ekklstounun qayınanası qaçırılıb.

Braziliya mətbuatının verdiyi xəbərə görə, qadın San Pauluda qaçırılıb və onun qaytarılması üçün tələb edilən məbləğ 120 milyon Braziliya realıdır (36,5 milyon ABŞ dolları).

Tələb olunan məbləğ Braziliya tarixindəki ən böyük məbləğdir. Qaçırılan Aperiside Şunk Formula1-in kommersiya başçısı Berni Ekklstounun 3-cü arvadı Fabiana Flozinin anasıdır. Cütlük 2009-cu ildə Braziliya Qran Prisində tanış olmuş, 2012-ci ildə evlənmişdi.

Qeyd edək ki, belə bir hal Berninin başına ilk dəfə gəlmir. 2012-ci ildə Martin Pekham Ekklstouna 200 min funt sterlinq verməsə qızı Tamaranı qaçıracağını bildirmişdi. O, bu hədəyə görə 5 il azadlıqdan məhrum edilmişdi.

F-1.az


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws