Azərbaycanlı alimin dünyada inqilaba səbəb olacaq nəzəriyyəsi

2016-08-10 23:36:29 / 10968 dəfə oxunub

Sadiq Qarayev: "Biz kainatın yaranmasını "Orbitlər nəzəriyyəsi” vasitəsi ilə izah edirik”…

 -Sadiq müəllim, gənc bir alimsiniz, eyni zamanda bir romanınız nəşr olunub. Eyni zamanda bir elmi nəzəriyyə üzərində də çalışırsınız. Zəhmət deyilsə, oxucularımıza həmin nəzəriyyə barəsində məlumat verərdiniz…

-Elmi nəzəriyyədə "Orbitlər və universal mövcudluq nəzəriyyəsi” adlanır. Nəzəriyyənin əsasında kainatın, materianın, kütlənin yaranması, sahələr, məkan və zaman yeni bir baxış bucağı ilə baxmağa çalışmışıq.

-Nədir bu yeni baxış?

- Elmdə müəyyən bir məsələni izah etmək üçün indiyə kimi olan elmi baxışları qoyuruq ortaya, sonra həmin nəzəriyyələrdə çatışmayan, qaranlıq qalan məqamları tapır və həmin bu qaranlıq, çatışmayan məqamları aradan qaldırmaq üçün yeni bir tezis ortaya atırıq. İndiyə kimi kainatın yaranması ilə bağlı bir çox nəzəriyyələr mövcud olub. Bunlardan ən məşhuru "Bing Bang” nəzəriyyəsi idi. Həmin nəzəriyyənin əsasında kainatın durmadan genişlənməsi fikri dayanır. Kainat durmadan genişlənirsə biz bunun əksini düşünəcək olsaq, o zaman deyə bilərik ki, kainat gedib hansısa bir nöqtədə birləşir və bu düşüncəni müdafiə edən alimlərin müşahidələrinə baxsaq, məsələn, amerikan alimi Edvin Habl teleskopla baxaraq deyirdi ki, Fəzada nə varsa hamısı bir – birindən uzaqlaşır. Bu haqda daha çox danışmaq istəmirəm. Bunlar düşünürlər ki, dünya mikroskopik ölçüdən də kiçik bir nöqtə kimi olub, zaman, məkan kimi anlayışlar hamısı sıfıra bərabər olub, sonra da onun partlamasından yavaş – yavaş, müəyyən mərhələrlə kainat əmələ gəlib. Sonra alimlər belə bir tezislə çıxış etdilər ki, əgər partlayış baş veribsə, orda mütləq şəkildə bir qalıq olmalıdır. Bu da enerjinin saxlanması, itməməsi qanununa söykənən bir yanaşmadır. Hətta bəzi müsəlman alimləri bunu müqəddəs kitabımız "Qurani – Kərim”lə də əlaqələndirdilər ki, orda belə bir ayət mövcuddur: "Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.(Zəriyət surəsi, 47)”. Amma bir məsələ var ki, kainat durmadan genişlənə bilməz. Çünki, onu genişlənməyə sövq edən qüvvə hər şeyi genişləndirməli idi. Günəş Yerdən bir qədər uzaqlaşmalı idi, atomlar nüvədən uzaqlaşmalı idi. Amma göründüyü kimi belə bir hal baş vermədi. Bu nəzəriyyənin özünü "Qurani – Kərim”dəki zaman, məkan anlayışları ilə müqayisə edəndə xeyli sayıda ziddiyyətlər ortaya çıxır. "Qurani –Kərim”də kainatın yaranması ilə bağlı iyirmidən artıq ayət mövcuddur və onların hamısında vurğulanır ki, Allahu – Təala kainatı, yeri – göyü hikmətlə yaratdı, həmin yaratma müddətinin altı gün olduğu qeyd olunur. Burda hər hansı bir nöqtədən söhbət getmir. Burda hətta "gün” deyəndə də bilinmir ki, bizim anladığımız gün nəzərdə tutulur, yoxsa başqa bir zaman dilimimi nəzərdə tutulur?! Elə "Qurani – Kərim”in özündə də vurğulanır ki, bizim min il kimi anladığımız, qavradığımız zaman ALLAH dergahında Bir Gündür. Bütün məsələlərdən yanaşanda görünür ki, bu nəzəriyyənin əsasında çox ciddi ziddiyyətlər var və elmin özündə əvvəli, mənşəyi bilinməyən bir nöqtənin partlaması izah edilə bilmir. Bu nə riyaziyyatla, nə fizika ilə, nə də kimya ilə açıqlamaq iqtidarında deyilik. Bu mümkün deyil. Çünki, o kainatın cəmində olan hər bir şey əgər bunlar enerjinin saxlanılması qanununa istinad edirlərsə, həmin bu nöqtəyə bərabər olmalıdır. Amma biz düşünürük ki, əksinə, bu kainatın əvvəli, səbəbi indiki kainatdan daha böyükdür. Yəni, həmişə səbəb nəticədən bir az böyük olur. Biz bütün bu qaranlıq məqamları, ziddiyyətli fikirləri araşdırmaq məqsədi ilə bir neçə yeni anlayış qəbul etmək məcburiyyətindəyik. Biz sıfır qavramına yenidən baxmalıyıq. Riyaziyyatda "0” – a "heç nə” deyirlər, amma həmin o "heç nə”yi qoyurlar 1 rəqəminin yanına olur 10. Amma əslində biz burda ayırd edib yeni bir məvhum formalaşdıra bilərik: biz o "O”la 1 – in yanına qoyulan "0” – ı bir birindən ayıra bilərik.

Bir az da paralellik haqqında danışmaq istərdim. Paralellik ilk baxışdan ola bilər, amma real məntiqə görə paralellik ola bilməz. Bunun özünəməxsus səbəbləri var. Paralellik iki düz xəttin arasındakı məsafə eyni olmalıdır. Amma təbiətin xilqətində, yaradılışın xilqətində fərqlilik mövcuddur. Hətta elementar atomıar belə bir birindən olduqca fərqlidir. Bu zaman necə olur ki, iki düz xəttin arasındaki məsafə eyni olsun?! Kənardan bu belə görünə bilər, həqiqətdə isə paralellik deyilən anlayış mövcud deyil. Alimlər ki, yerin, kosmosda olan cisimlərin bir birindən uzaqlaşmasını müzakirə edirlər, biz onun daimi uzaqlaşma olmadığını hesab edirik. Təbiətdə hər şeyin periodikdir.

-Yəni, buna bir sistem var deyə bilərik mi?

-Təbiətdə bütün hər şey, rəqs edirmiş kimi, ahəngə uyğun bir şəkildə, kombinasiyalı hərəkət edirlər. Yəni, müşahidə olunan genişlənmə kombinasiyalı və eyni zamanda mürəkkəb hərəkət formalarının bir növüdür. Bu tamamı ilə, birmənalı şəkildə uzaqlaşmaq demək deyil. Bu məsələnin bir tərəfi… ikinci tərəfi ondan ibarətdir ki, biz bütün bu hərəkətləri dəqiqləşdirmək üçün zamana, məkana və hərəkətə baxmalıyıq. Bizim cazibə sahəsi haqqında elə geniş anlayışımız mövcud deyil. Sual oluna bilər ki, bu sahələr tam sahələrdir, yoxsa zolaq – zolaq, bölüm – bölüm?! Biz də belə bir fikir irəli sürürük ki, bizə məlum olan sahələr zolaq – zolaqdır, yəni porsiyalar halındadır.

-Bütöv deyil?

-Bəli, bütöv deyil, qeyri – məhdud sahələrdir. Amma bu sahələrin sıxlaşması kütlənin yaranmasına səbəb ola bilər.

-Kütlələr bütövləşir də, belə çıxır?

-Bütövləşir, bəli. Məsələn, hərəkətin özü belə porsiyalardan, bölümlərdən ibarətdir. Hərəkətin özü addımlardan meydana gəlməkdədir. Insan yerimək üçün addımlar atmalıdır. Bir addım atır, sonra bir addım daha, bir addım da. Amma tez – tez yeriyəndə o dayanma anı hiss olunmur. Eləcə də Yer Günəşin ətrafında fırlanırmı? Bəli, fırlanır. Belə baxanda dayanmadan fırlanır həm də. Amma əslində onun da porsiyaları, bir sükunət nöqtəsi mövcuddur.

-Amma insan onu qətiyyən hiss etmir…

-İnsan onu hiss edə də bilməz. Dayanır, gedir, yavaşlayır durma səviyyəsinə kimi, sonra yenə davam edir. Eləcə də elektromaqnit dalğalarının sürəti, işığın sürəti də porsiyalarladır, bölümlərlədir, onun da bir dayanma, yavaşlama və davam etmə məqamları, nöqtələri var. Amma bəzən dayanma anı olmayan, qeyri-məhdud hərəkət işıq sürətini aşa bilər. Yadplanetlilər əgər mövcuddurlarsa, onların var olub olmaması ilə bağlı elmi cəhətdən heç nə deyə bilmərəm, onlar dünya ilə aralarında olan məsafə işıq sürətindən daha sürətli, qeyri – məhdud sürətlə gəlirlər. Yəni, onlarda belə demək mümkündürsə, qeyri – məhdud sahə qavramı mövcuddur.

-Sadiq müəllim, bəlkə bu bizim beynimizin, şüurumuzun qəbul edə bilmədiyi frekanslarla bağlıdır?

-təbii ki, insan beyninin hələ dərk edə bilmədiyi, qəbul edə bilmədiyi bir çox təbiət hadisələri, qanunları mövcuddur. Amma məsələ burasındadır ki, biz kütlənin arası kəsilməyən zamanla məkanın qarşılıqlı vəhdətindən əmələ gəldiyini düşünürük. Indi tez – tez qara dəliklərdən bəhs olunur elmdə. Hətta alimlər bu yaxınlarda bu qara dəliklərin hansısa başqa bir aləmə keçid olduğu ilə bağlı fərziyyələr də irəli sürdülər. Yəni, ora düşən hər bir şey izsiz, tozsuz yox olur, qeybə çəkilir. Hətta işıq şüaları belə həmin qara dəliklərdə yoxa çıxır. Biz qara dəliklərin məhdud olmayan, yəni qeyri –məhdud sahənin əmələ gətirdiyi daha güclü təsirə, qeyri – məhdud təsirə, enerjiyə, zamana və məkana sahib orbitlər olduğunu düşünürük. Ona görə də ora düşən hər hansı bir cisim, şüa, planet dərhal heç bir iz braxmadan yoxa çıxır, sözün tam mənasında dəyişirlər. yeni zamana, yeni məkana, yeni bir sahə formasına keçir və qeyri – məhdud şəkildə dəyişirlər. Biz kainatın yaranmasını "Orbitlər nəzəriyyəsi” vasitəsi ilə izah edirik.

-Sizin digər düşüncələrdən fərqiniz nədir? Bəs siz necə izah edirsiniz dünyanın yaranmasını?

-Biz kainatın yaranmasını "Orbitlər nəzəriyyəsi” vasitəsi ilə izah edirik. Orbitlər nəzəriyyəsinin mahiyyətini qısaca izah edim: biz düşünürük ki, günəşin ətrafında olan fəza cisimləri onun başında fırlanmış olsaydı, bu sözün əsl mənasında qanunauyğunluq olardı. Bu artan istiqamətdə də ola bilərdi, azalan istiqamətdə də. Əslində isə bu belə deyil. Burda qanunauyğunluq pozulub: biri yüngüldür, digəri isə ağırdır. Merkuri planeti isə ümumiyyətlə tamamı ilə əks istiqamətdə fırlanır. Bunlar əgər günəşdən ayrılmışdılarsa, qanunauyğunluqla hərəkət etməli idilər. Biz isə deyirik ki, əvvəl bir orbit mövcud olub və həmin orbitlər günəşdən gələn işıq posriyalarını tutub sıxlaşdırmaqla materia, kütlə yaradıblar. Yəni, cisim enerjidir, enerji də materiadır. Işıüq sürəti ilə yığışmış enerji materiaya , kütləyə çevrilə bilər. Fikirləşirik ki, bu həmin işıq sürəti ilə yığışan enerji yer orbitində yığışıəb yeri əmələ gətirib, Merkuridə olanlar merkurini, Marsda olanlar Marsı. Yəni, əvvəl orbitlər mövcud olub, planetlər də orbitlərdə yığılan enerjidən formalaşıb, başlanğıc mənbəə isə Günəşdir. O zaman ortaya çox maraqlı bir sual çıxır, bəs günəş özü hardan əmələ gəlib? Biz belə bir fərziyyə irəli sürürük ki, hansısa daha böyük bir işıq, nur mənbəəyindən əmələ gəlib Günəş.

Beləliklə, kainat zncirvari bir formada yaranıb. Bunların başında dayanan enerji mənbəsi isə bizə görə Allahu Təalanın varlığıdır, kəlamıdır, Nurudur. Onun varlığından, kəlamından, nurundan həmin o enerji mənbəəyi necə əmələ gəlib, bax, biz həmin o mexanizmi izah edə bilmirik. Qısaca izah edəsi olsaq, Allah var, mövcuddur və onun varlığının, istəyinin, kəlamının Nurundan enerji sahələri formalaşıb. Bütün planetlər məhz elə bu formada əmələ gəlib.

Universal mövcudluq nəzəriyyəsi haqqında danışası olsaq, biz düşünürük ki, hər bir varlığın bir varolma enerji mövcuddur. Yəni, o varlıq var olmamışdan öncə onun enerjisi olub. Universal ona görə deyirik ki, bu hər bir şeyə aiddir. Daşa, quma, hadisəyə, planetə, yazılmış bir əsərə, yəni bütün varolan hər bir nəsnəyə. Fərz edək ki, "Səfillər” romanının varolma enerjisi var idi, mövcud idi, sadəcə olaraq lazım olanda yerə göndərilib. Allah bir şeyə "var ol” deyəndə, sizin də, mənim də, bir kitabın da, müharibələrin də varolan enerjisi yaranıb. Zamanı çatanda həmin enerji aktivləşib, varolan mövcudluğa çevrilib. Indi sual oluna bilər ki, necə oldu bütün bunlar mövcudluğa çevrildi?! Deyək ki, Arximed qanunu birinci lazım idi, bu artıq zərurilik prinsipidir. Yəni varolanın mövcud olması üçün zərurilik əsas şərtdir. Indi düşünün, elektrik enerjisi olmasa, bu boyda böyük şəhərlərin təminatını necə həyata keçirmək olar? Zəruri idi ki, hansısa məqamda elektrik kəşf olunsun, insanlar rahatlıq tapsınlar. Bu təkamül zəruriliyi prinsipindən vaxtı çatanda varolma mənasına gəlir. Biz bəzən insan məntiqi ilə, sentimental düşüncələrlə yanaşanda müharibələr olduqca pis bir hadisədir. Itikilər var, dağıntılar var. Amma müharibələrin özü cəmiyyəti çirkabdan təmizləyir. Heç kəs iddia edə bilməzdi ki, II Dünya müharibəsi olmasaydı, Avropa daha yaxşı inkişaf edəcək… Çünki bu bir zərurətdir. Həm maddi, həm də mənəvi baxımdan bir təmizlənmədir müharibələr. Məsələn, sonuncu Aprel döyüşlərində cəmiyyətdə nsanlar arasında necə böyük bir həmrəylik var idi, elə deyilmi? Bütün incikliklər, bütün umu-küsülər hamısı qalmışdı arxada. Hər kəs bir yumruq kimi olmuşdu. Bu təkan verdi ki, yeni ideyalar yaransın, yeni ədəbi əsərlər meydana gəlsin. Cəmiyyətdə böyük bir potensial yaranmışdı. Bu canlılar aləmi üçün vacib olan bir məqamdır. Təsəvvür edin ki, siçovullar hamısı anadan olandan ta ölən gününə kimi yaşasaydılar, nə baş verərdi? Təbii ki,  dünya dözülməz olardı. Ya da bir kənd və ya bir şəhərin əhalisi dünyasını dəyişməsə nə baş verə bilər? O baxımdan müharibə enerjisinin özünün də cəmiyyəti təkamülə aparmaq üçün müsbər tərəfləri var.

Qurani – Kərimdə belə bir ayə var: "Biz sizin ruhlarınızdan mövcud olanda bizə itaət edəcəklər deyə biət aldıq”. Və yenə bunlara xatırladıldı ki, bax sənin ruhun bizə itaət etmək üçün söz verib, amma insan yenə öz yolunu azdı. Bax, elə bu ayənin özü onun bariz sübutudur ki, insan mövcud olmamışdan əvvəl ona aid nəsə mövcud olub. Və ya götürək südü…Biz bu südə necə həqiqət kimi baxmaya bilərik? Bu gün o, bizim qarşımızda var, mövcuddur. Dünən o, hansısa bir otun tərkibində idi, o otu keçi yedi, keçinin bədənində mövcud olan komponentlərlə həmin ot birləşdi və süd yarandı. Amma bu süd var idi, hansısa bir otun tərkibində varolmuş olsa belə. Onu əmələ gətirən o kök olmamış olsaydı, o keçinin bədənində mövcud olan komponentlərlə reaksiyaya girməmiş olsaydı, qətiyyən bunlar bir araya gəlməzdi və biz süddən danışa bilməzdik. Həmin sabahdan sabah pendir və ya yağ düzəldəcəklər. Indi biz həqiqəti harda axtaraq: bitkidə, keçidə, süddə, yoxsa keçidə? Və ya sizin özünüzü götürək: siz 38 il bundan əvvəl harda idiniz, 10 yaşınızda hansı xüsusiyyətlərə malik idiniz, 70 yaşınızda hansı xüsusiyyətlərə malik olacaqsınız?! Sizin 10 yaşınızdaki halınıza və ya indiki halınıza baxanda və ya 70 yaşınızdaki halınızı göz önündə canlandıranda tamam fərqli məqamlar ortaya çıxacaq. Bəs həqiqət hansıdır?!

Avropada son dövrlərdə müəyyən bir araşdırmalar aparılır: kainatda var olan müəyyən atom zərrəciklərini işıq sürətinə yaxın bir sürətlə toqquşdurub ilkin zərrəciyi almağa çalışırlar. Amma o "Tanrı zərrəciyi” dedikləri zərrəcik də saniyənin milyonda birində mövcuddur və əsla zamana güc gələ bilmir. Əslində, bu təcrübənin özündı bir sıra yanlışlar var. Toqquşdurmaqla heç nəyə nail olmaq olmaz, əksinə toplamaq, bir araya gətirmək lazımdır təbiətdəki enerjini.

-Bəs ölkədə, elm aləminin özündə bu nəzəriyyələrə münasibət necədir?

-Bilirsiniz ki, hər hansı bir düşüncə, hər hansı bir nəzəriyyə ortaya çıxanda təbii ki, onun tərəfdarları da, əleyhdarları da mövcud olur. Bəziləri həmin nəzəriyyələri israrla rədd edir, bəziləri isə müdafiə edir… Bu da çox normal haldır. Bizdə də elədir. Müdafiə edəınlər də, bunun yeni bir bxış bucağı olduğunu deyənlər də var, bunun sadəcə bir illuziya olduğunu iddia edənlər də.

-Sonda oxucularımıza nə demək istərdiniz?

-Təbii ki, bizim bu dediklərimiz bir qədər çətin başa düşüləndir. Biz indi həmin bu nəzəriyyələrin haqqında sənədli tanıtım filmi hazırlamaq haqqında düşünürük. Mən elə sizin saytınız vasitəsi ilə oxucularımıza, bizim dəyərli insanlarımıza müraciət etmək istərdim ki, müəyyən mənada bizim bu sənədli filmin araya – ərsəyə gəlməsinə öz dəstəklərini əsirgəməsinlər. Təbii ki, bu dediklərimizə aid hazır kadrlar mövcud deyil, bunun üçün çalışmaq lazımdır, bunu araya-ərsəyə gətirmək lazımdır. Bir neçə dildə(ingilis, rus, türk) biz bunu xaricə çıxararıqsa, düşünürəm ki, bundan həm elmimiz, həm də millətimiz, dövlətimiz böyük dividentlər əldə edəcək.(reaksiya.az)



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws