“iPhone 7”-nin təqdimat tarixi açıqlandı

2016-08-11 15:38:34 / 6288 dəfə oxunub

"Apple” şirkəti yeni "iPhone 7”-ni bu ilin sentyabrın 7-də təqdim edə bilər.

"iPhone 6” və 6S-in təqdimatı da sentyabr ayında olmuşdu, satışları isə 19 və 25 sentyabrdan başlamışdı.

Qeyd edilir ki, "iPhone 7” mağazalarda sentyabrın 16-dan satışa çıxarıla bilər.

sabahinfo.az-ın Gazeta.ru-ya istinadən məlumatına görə, bu barədə "Bloomberg” şəxsi mənbələrinə istinadən xəbər verir.

Bundan başqa, eyni gündə "Apple” yeni "Macbook Pro”nun yenilənmiş dizayn və sesnor panelli yeni nəslini də təqdim edəcək. Amma nəşr bu şayiələri təkzib edir və yazır ki, yeni noutbukların təqdimatı başqa gün olacaq.

Həmin gün "Sony”nin Nyu-Yorkda tədbiri baş tutacaq. Şayiələrə görə, tədbirdə yeni "PS4 Neo” təqdim ediləcək.

Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!