“İnstagram”dan növbəti yenilik

2016-08-11 22:10:43 / 3692 dəfə oxunub

"İnstagram" öz istifadəçilərini növbəti dəfə faydalı yenilikləri ilə sevindirəcək.

sabahinfo.az lent.az-a istinadən xəbər verir ki, bu dəfə sosial şəbəkə qaralamaların yaddaşda saxlanılmasını sınaqdan keçirir.
 
Bu vaxta qədər sosial şəbəkədəki akkaunt sahibləri bir müddətdən sonra dərc etməyi planlaşdırdıqları postları öncədən yazıb yadda saxlamaq imkanına malik deyildilər. Post dərc edildikdən sonra isə onlara hər hansı dəyişiklik etmək imkanı da verilmirdi.
 
Yeni funksiya sayəsində isə istifadəçilər bundan sonra qeydlərini və ya məlumatlarını dərc etməmişdən əvvəl yaddaşda saxlaya biləcəklər.
Belə ki, "Save Draft" seçimi hələ iyul ayında yaradılıb, ancaq hələlik istifadəyə verilməyib. Sınaqlara əsasən, "İnstagram" nümayəndələri bu məsələyə kifayət qədər ciddi yanaşıblar.
 
Hazırda bu seçim təcrübə mərhələsindədir və onun nə zaman istifadəyə veriləcəyi barədə heç bir məlumat verilmir.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws