İnsanın şüuru ölümündən sonra da yaşayır

2016-08-15 16:42:02 / 3383 dəfə oxunub

Böyük Britaniyanın Sauthempton Universitetinin alimləri bildiriblər ki, insanın şüuru hətta onun ölümündən sonra da yaşayır və düşünür.


AzVision.azxarici mətbuata istinadən xəbər verir ki, Britaniya alimləri kliniki ölüm yaşayan 2 min könüllünün iştirakı ilə tədqiqat aparıblar. Müəyyən olunub ki, cismin ölməsi şüurun son mərhələsi deyildir.

Belə ki, alimlər hesab edir ki, fiziki ölüm gələndə insanın fikirləri başqa instansiyaya köçür. Yeni tədqiqatın nəticələri sübut edilib ki, kliniki ölüm başlayandan sonra insan şüuru hələ təqribən 3 dəqiqə fəaliyyət göstərir.Tədqiqat iştirakçılarının çoxu bildirib ki, kliniki ölüm vaxtı baş verənlərin hamısını xatırlayır.

Qeyd edək ki, bundan öncə alimlər hesab edirdi ki, ürək dayanandan 30 saniyə sonra beynin də fəaliyyəti donur.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws