Noutbuk bazarının lideri məlum oldu

2016-08-15 18:47:38 / 2788 dəfə oxunub

"Apple” isə müştərilərini itirməyə başlayıb.

"Lenovo” şirkəti noutbuk satışında lider olub. 

Sabahinfo.az-ın məlumatına görə, İKT.lent.az-ın xəbərinə görə, bu barədə "TrendForce” statistik agentliyinin nümayəndələri məlumat veriblər. 

Mütəxəssislərin sözlərinə görə, bu ilin birinci yarısında ümumilikdə müxtəlif markalardan olan təxminən 74,18 milyon ədəd noutbuk satışa çıxarılıb. Bu cihazların bazarı 2015-ci ilin analoji dövrün nəticələri ilə müqayisədə 4% azalıb. 

Cari ildə noutbuklar bazarının lideri bazarda 20%-dən artıq paya malik "Lenovo” brendi olub. Şirkət bu müddət ərzində 16 milyon ədəd portativ kompüter satışa çıxarıb ki, bu da ötən ilin nəticələrinə nisbətdə 4,5% çoxdur. 

"MacBook” seriyasından olan cihazların istehsalı ilə məşhurlaşan "Apple” şirkəti isə müştərilərini itirməyə başlayıb. Hazırda "Apple”nin bazardakı payı cəmi 7,9%-dir. Bu da ötən ilin nəticələri ilə müqayisədə 25% azdır. "Asus” və "Dell” şirkətlərinin satışları da azalıb. 





Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws