İnternet yaddaşı məhv edir

2016-08-18 00:01:00 / 3676 dəfə oxunub

İnternet bir çox işləri sadələşdirib, saysız-hesabsız informasiyanı əlçatan edib. Mobil internet sayəsində isə maraq doğuran hər bir suala istənilən məkanda cavab tapmaq mümkündür. Amma beyni inkişaf etdirməyi unutmaq olmaz. Məsələ bundadır ki, cəmi bir neçə sadə əməliyyat ilə informasiyanı asanlıqla əldə etmək imkanı yaddaşa pis təsir göstərir. 

Sabahinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kaliforniya Universitetinin (ABŞ) Santa Kruz filialında aparılan tədqiqatın nəticələrindən belə məlum olub.

Eksperimentdə iştirak edən adamlar müxtəlif mürəkkəb suallara cavab veriblər. Onları iki qrupa ayırıblar. Birinci qrupun üzvləri cavablar üçün öz yaddaşından, ikinci qrupun üzvləri isə axtarış sistemindən istifadə ediblər. Sonra iştirakçılara istədikləri metodun köməyi ilə daha sadə suallara cavab vermək imkanı verilib.

Məlum olub ki, sırf öz yaddaşına güvənən qrupun üzvləri ilə müqayisədə internetdən istifadə edənlər yenə də eyni üsula müraciət ediblər. Bundan əlavə, onların 30 faizi suala cavab tapmaq üçün heç düşünmək istəməyib. Onlar sadəcə internetdən istifadə ediblər.

Texnologiyalardan bu cür asılılıq heç də yaxşı hal deyil. Ancaq internetin bu xüsusiyyətinin dünyanın işlərinə həqiqətən ciddi təsir edib-etməyəcəyini yalnız zaman göstərəcək.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws