Bu gün Günəş tutulacaq

2016-09-01 12:13:17 / 3178 dəfə oxunub
Bu gün 2016-cı ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib ki, hadisə Bakı vaxtilə saat 11:13-də başlayıb, saat 17:00-da sona çatacaq, əsasən Afrika qitəsində, Hind okeanı hövzəsində, Atlantik okeanın bir hissəsində müşahidə olunacaq. Azərbaycandan isə bu təbiət hadisəsini müşahidə etmək mümkün olmayacaq.

2016-cı ilin ilk Günəş tutulması martın 9-da baş verib.

Qeyd edək ki, 2016-cı ilin mart ayında Ay tutulması da baş verib. Növbəti ay tutulması isə sentyabrın 16-da olacaq. Hadisə Azərbaycandan da müşahidə ediləcək.

APA.az


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws