“Apple” iPhone 7-ni təqdim etdi

2016-09-07 23:22:49 / 2325 dəfə oxunub

"Apple” şirkəti Kaliforniyadakı qərargahında yeni "iPhone 7” və "iPhone 7 Plus” smartfonlarının təqdimatını keçirib.

 

Sabahinfo.az Technote.az-a istinadən xəbər verir ki, yeni smartfonlar iPhone 7, standart rənglərdən əlavə olaraq, Jet Black adlı fərqli bir rəng ilə gəlir və paslanmaz poladdan olan "Apple” logosu diqqətləri cəlb edir.

 

"Suya davamlılıq” yeni modellərə əlavə edilən əsas xüsusiyyətlərdən biridir. "iPhone 7” modelində Home düyməsi yenidən dizayn edilib.

 

"iPhone 7 Plus”un iki arxa kamerası var. iPhone 7 kamerası 60 FPS, 4K Keyfiyyət ilə bizlərə təqdim edildi. Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq, fokuslanma isə daha stabil olacaq.

 

"iPhone 7”nin Ön kamerası 7 MP, arxa kamerası isə 12 MP-dir.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws