“Ağıllı” saat üçün səsli kəmər

2016-09-08 10:10:06 / 2074 dəfə oxunub

"Samsung C-Lab" şirkəti "Sgnl" saatları üçün barmağı qulağa yaxınlaşdırmaqla səsli rabitədən istifadəyə imkan verən "ağıllı" kəmərin ilkin sifarişlərinin qəbuluna başlayıb.

Sabahinfo.Az ICTnews-a istinadən bildirir ki, texnologiyanın əsasını bədənin vibrasiya keçiricilik qabiliyyəti və xüsusi audiosiqnal emalı alqoritmi təşkil edir. İş zamanı kəmərdə quraşdırılan aktuator qurğusu dərinin titrəməsini ötürdüyü halda alqoritm seçim edərək səsli siqnalı səsli dalğa uzunluğunun modulyasiyasına uyğun gücləndirir. Danışıq üçün istifadəçi kəmərin geyindirildiyi baş barmağı qırtlağa, şəhadət barmağını xarici qulaq keçəcəyinə yaxınlaşdıra bilər. Kəmər və smartfon arasında məlumatların ötürülməsi "Bluetooth" ilə həyata keçirilir.

Eni 24 millimetr təşkil edən kəmərdən həm klassik qol, həm də "ağıllı" saatlarda (Samsung Gear, Apple Watch və s.) və ya müstəqil istifadə etmək olar. Kəmərdə, həmçinin qoşma və söndürmə düyməsi, səs ucalığı tənzimləyiciləri "Narahat etmə" rejimi üçün düymə, işıq diodları yerləşir. Mikrofon, akselerometr ilə təchiz edilən məmulat qara, mavi və ağ rəngdə təqdim edilir.

Qurğunu enerji ilə tam doldurmaq üçün 1 saat tələb olunur. Enerji sərfiyyatı aktiv rejimdə 4 saat, passiv rejimdə 7 gün təşkil edir. Dəstə təmir üçün alət, "microUSB" kabeli və ehtiyat detallar daxildir. Bundan başqa, istifadəçilər üçün özündə orqanayzer, fitnes-treker və digər funksiyaları birləşdirən eyniadlı mobil əlavə nəzərdə tutulub. Kəmərin qiyməti komplektləşmədən asılı olaraq 129-399 dollar arasında dəyişir. Tədarüklərə 2017-ci ilin fevralından "DHL" və "FedEx" xidmətləri ilə başlamaq planlaşdırılır.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws