Yer kürəsi asteroid ilə toqquşa bilər

2016-09-10 15:07:39 / 3200 dəfə oxunub

Diametri 700 metr olan "2006 BO41” adlı asteroid Yer kürəsinə tərəf hərəkət edir.

Bu barədə NASA məlumat yayıb. Bildirilir ki, sentyabrın 17-də bu kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək. Onun planetimizlə toqquşub-toqquşmayacağı alimlər arasında fikir ayrılığı yaradıb. Bu ölçüdə kosmik cismin Yer kürəsinə düşəcəyi təqdirdə isə fəsadların qaçınılmaz olacağı iddia edilir.


Belə ki, bu hadisə baş verəcəyi yerdən asılı olaraq zəlzələlərə və sunamilərə səbəb ola bilər.

NASA "2006 BO41”i 2004-cü ildən müşahidə etməkdədir. Lakin buna baxmayaraq, onun hərəkət trayektoriyasını ehtimal etmək mümkün deyil. Bu göy cisminin dünya ilə toqquşmayacağına zəmanət verilmir.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws