Ardıcın faydaları

2016-09-12 09:22:14 / 2642 dəfə oxunub
Ardıc iynəyarpaqlı ağac növüdür. Onun meyvəsindən müalicəvi, toxumundan isə ədviyyat kimi istifadə edilir. Tibbdə və mətbəxtdə ardıcın qara növündan başqa bütün növlərindən istifadə edilir.
Sabahinfo.Az immunitet.az-a istinadən bildirir ki, ardıc meyvəsi və toxumunda aşağıdakı maddələr var:
- kalsium
- maqnezium
- kalium
- marqanes
- qlükoza
- uçucu yağlar.
Ardıc meyvəsindən bir çox xəstəliklərin müalicəsində istifadə edirlər. O orqanizmin müqavimətini artırır, əzələləri möhkəmləndirir, mədə, qaraciyər, bağırsaq və qanı təmizləyir. Ardıc meyvəsi mədənin divarını gücləndirir, metobolizmi sürətləndirir, sidik qovucu təsirə malikdir. Ardıcın meyvəsi mikrobları öldürmək qabiliyyətinə malikdir.
Ardıc yağı asteptik təsirə malik olduğu üçün bir-çox dəri xəstəliklərinin müalicəsində müalicəvi təsirə maıikdir .O dəridə olan qaşınmaların, ekzemanın, göbələyin və sədəf xəstəliklərinin müalicəsində istifadə edilir.
Revmatizmli xəstələr ağrıyan yerlərinə ardıc yağı sürtdükdə ağrılar azalır. Ardıc yağı dərinin gözəlləşməsində də faydalı təsirə malikdir. Ardıc yağını saçlara və saç diblərinə də sürtdükdə saçların uzanmasına yardım edir.


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws