Ayı geoloqlara hücum etdi, alim yoxa çıxdı

2016-09-14 10:07:30 / 3060 dəfə oxunub

Rusiyanın "Alrosa" almaz emalı şirkətinin bir qrup geoloqu Yakutiya Respublikasının Suntar rayonunda xüsusi mühafizə olunan "Oçuma" təbiət zonası ərazisində ayı hücumuna məruz qalıb.

Bu barədə çərşənbə günü Respublikanın Təbiətin Mühafizəsi Nazirliyinə istinadən TASS məlumat yayıb.
Hücum nəticəsində bir nəfər itkin düşüb.

"Sentyabrın 12-si gecə saatlarında geoloji ekspedisiyanın üzvlər qışqırıq səsi eşidiblər. Onlar səsə bayıra çıxdıqda ayının siluetini görüblər və qan izləri aşkar ediblər", - deyə idarədən bildirilib.

Səhər geoloqlar peyk telefonu ilə insident barədə məlumat veriblər və itkin düşən əməkdaşlarını tapa bilmədiklərini söyləyiblər.

Hazırda hadisə yerinə Daxili İşlər Nazirliyi və Prokurorluğun istintaq qrupu cəlb olunub.

report.az


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws