Qəbələ qəlblərdə qələbə “çalır”

2017-01-13 18:20:26 / 14582 dəfə oxunub
Azərbaycanın zəngin və qədim tarixi olan gözəl guşələrindən biridir. Bir zamanlar bu şəhər 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olub. Antik şəhərin qalıqları və Qafqaz Albaniyasının əsas qapıları bu günümüzə qədər saxlanılıb. Rayonda müxtəlif dövrlərə aid çoxlu tarixi və mədəni abidə var. Gözəl təbiət və inkişaf etmiş infrastruktur minlərlə turistləri Qəbələyə cəlb edir. Burada bir neçə beşulduzlu otel, ailə tipli kiçik otellər, istirahət zonaları və turizm bazaları fəaliyyət göstərir. Qədim Qafqaz albanlarının kökündən olan udinlərin yaşadığı Nic kəndini xüsusilə qeyd etmək lazımdır. Azərbaycanın açıq səma altında ən iri attraksion parkı Gabaland də Qəbələdə yerləşir. Şəhərdə həmçinin hər il təşkil olunan və dünyanın müxtəlif ölkələrinin orkestr və ifaçıları iştirak edən klassik musiqi, caz və muğamın Beynəlxalq musiqi festivalı keçirilir. Təsadüfi deyil ki, məşhur Beltman holland nişanı altında pianino istehsalı üzrə fabrik məhz Qəbələdə fəaliyyət göstərir.


Ölkə vətəndaşı ona görə qürur hissi duyur ki, güclü dövlətin himayəsində yaşayır. Onun doğulduğu vətən torpağının hər qarışı inkişaf edir. Xüsusən də rayonların sürətli inkişafı reallığa çevrilir. Bölgələrdə respublika əhəmiyyətli obyektlərin tikilib istifadəyə verilməsi, yeni iş yerlərinin açılması işsizliyin aradan qaldırılmasına səbəb olur. Qazanan isə güclü iqtisadiyyata sahib olan dövlətimiz və yaşayışını təmin edən vətəndaşlarımızdır... Bu gün insanların istirahət məkanı kimi can atdığı Qəbələ rayonu da digər bölgələrimiz kimi öz inkişafı ilə seçilir. Əsrarəngiz təbiəti ilə seçilən, uca dağların qoynunda yerləşən bu ərazi bitib tükənməyən qalın meşələri, gurultulu çayları, zəngin flora və faunası ilə məşhurdur. İqtisadi siyasətin bəhrəsi sayəsində müasir görkəmindəki dəyişiklik və zəka ilə təbiətin birgə vəhdətinin təzahürü burada açıq-aşkar hiss olunduğundan Qəbələnin adı daha uzaqlarda səslənir və əcnəbiləri cəlb edən turist mərkəzinə çevrilir. Rayona axışan xaricilərin illərlə artımı da dediyimizin əyani sübutudur. Ölkə başçısı İlham Əliyevin 2004-cü ildə imzaladığı "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramı”nda Qəbələdə turizmin inkişaf etdirilməsi istiqamətində verdiyi mühüm tapşırıqlar da öz əksini tapmışdır. Sənədə əsasən rayonun turizm potensialına uyğun olaraq bir neçə istiqamət müəyyənləşir və nəticədə bu sahədə dünya standartlarına uyğun yeni müəssisələr istifadəyə verilir. Tarixin bizə yadigarı olan Qəbələ dünənki günümüzdə kasıb, əhalisinin çətin dolanışığı ilə yadda qalan rayon bu gün isə iqtisadi cəhətdən yüksəlişi ilə öyündüyümüz və dünyanı heyrətdə saxlayan, sözün əsl mənasında hər cəhətdən zəngin məkandır. Son illər Qəbələ rayonu sürətlə inkişaf etməkdədir. Məlumat üçün bildirək ki, rayonda istehsal edilən sənaye məhsullarının 25 faizi xaricə ixrac olunur. 2003-2009-cu illərdə rayondakı 451 müəssisədə 6483-ü daimi olmaqla 8271 yeni iş yeri açılmışdır. Qəbələ rayonunun zəngin turizm potensialının reallaşdırılması üçün dövlət başçısının tapşırığına əsasən kompleks tədbirlər həyata keçirilir.


Image result for İlham Əliyevin Qəbələyə rəsmi səfəri

Prezident İlham Əliyev Qəbələyə son səfərlərindən birində "Gilan” piano fabrikinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı rayonda yeni avtovağzal binasının açılışında da iştirak etmişdir. Qəbələdə nəqliyyat sahəsinin inkişafına ciddi təsir göstərəcək yeni avtovağzaldan rayonun bütün kəndlərinə marşrutlar işləyir. Həmçinin ölkədaxili istiqamətlərdə də marşrutlar, Türkiyə, Rusiya və MDB-nin digər dövlətlərinə avtobus reysləri açılıb. Bu, Qəbələ rayonuna turist axınının artmasını təmin edir. Səfər çərçivəsində ölkə başçısı Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbar ilə də tanış olmuşdur. Üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun xarab olmaması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Soyuducu anbarının istifadəyə verilməsi meyvə-tərəvəz məhsullarının uzun müddətə keyfiyyətlə saxlanılmasına imkan verəcəkdir.


Image result for İlham Əliyevin Qəbələyə rəsmi səfəri


"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na ölkə başçısı İlham Əliyevin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə edilmiş əlavəyə uyğun olaraq Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində məcburi köçkün ailələri üçün məhəllə salınmışdır. İnşaat işləri cari ilin fevralında yüksək səviyyədə başa çatdırılmışdır. Rayondakı "Qafqaz” turizm bazası və "Lalə” sağlamlıq mərkəzində müvəqqəti məskunlaşan 155 məcburi köçkün ailəsi beşmərtəbəli 2 yaşayış binasına köçürülmüşdür. Məhəllənin su, elektrik enerjisi və qaz təchizatı üçün müvafiq şəbəkələr yaradılmışdır. Məhəllədə kanalizasiya şəbəkəsi, istilik sistemi yaradılmış, əraziyə asfalt-beton örtük salınmış, abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.


Image result for İlham Əliyevin Qəbələyə rəsmi səfəri

Prezident İlham Əliyev bildirmişdir: "Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında da çox əyani şəkildə görürük. Qəbələ, sözün əsl mənasında, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Hər dəfə Qəbələdə olanda, yenilikləri görəndə çox sevinirəm. Şəhər abadlaşır, müxtəlif tədbirlər görülür. Qəbələdə ən yüksək standartlara cavab verən piano fabriki istifadəyə verilib. Bu, çox böyük bir hadisədir və onu göstərir ki, Azərbaycanın inkişafına xarici və yerli investorlarda böyük inam vardır. Bu gün avtovağzalın açılışında iştirak etdim. Ondan sonra kənd təsərrüfatı ilə bağlı yeni yaradılmış müəssisələrlə tanış oldum. Qəbələnin çox böyük turizm potensialı vardır. Artıq bu potensialdan çox səmərəli şəkildə istifadə olunur. Mən hər dəfə Qəbələdə olarkən bu məsələni xüsusilə vurğulayıram ki, gözəl təbiəti, zəngin tarixi və təbii imkanları Qəbələnin beynəlxalq turizm mərkəzinə çevrilməsində çox mühüm rol oynamalıdır və bu gün bunu görürük. Qəbələdə beşulduzlu otellər, otel kompleksləri, sağlamlıq mərkəzləri, uşaq parkları yaradılır. Yəni turizm infrastrukturunun inkişafı üçün çox böyük işlər görülür və Qəbələ dünya miqyasında turizm mərkəzlərindən birinə çevrilməlidir”.


W1siziisijiwmtuvmdyvmtuvnwr4mjv3ng45yv8xnzgwmy5qcgcixsxbinailcj0ahvtyiisijy1mhg0mjyixv0?sha=0e2a12319d60e023


Ölkə başçısı Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən uşaq bağçasında da olmuşdur. İkimərtəbəli və 70 yerlik uşaq bağçası ilə də tanış olan ölkə başçısı uşaqların təlim-tərbiyəsi üçün yaradılan şəraitdən razı qaldığını bildirmişdir. Bununla yanaşı, dövlətimizin başçısı rayona səfəri çərçivəsində "Qafqaz-Park” Gənclik Mərkəzinin, "Laza” yarımstansiyasının, "Fitnes” sağlamlıq mərkəzinin, "Qafqaz Resort” mehmanxanasının yeni korpusunun açılışında da iştirak etmişdir. Prezident İlham Əliyev, həmçinin "Qafqaz Sahil” mehmanxana kompleksinin tikintisi ilə də tanış olmuş və görülən işlərdən razılığını ifadə etmişdir.


W1siziisijiwmtuvmdyvmtuvoty1atdredviov8ymtk0oc5qcgcixsxbinailcj0ahvtyiisijy1mhg0mjyixv0?sha=c5647239262c2bd2


Azərbaycanda dəqiq hədəflərə hesablanmış iqtisadi inkişaf xəttinin uğurla davam etdirilməsi onu deməyə əsas verir ki, növbəti ildə də ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər oz həllini tapacaqdır. Ölkə vətəndaşlarının mənafeyinə xidmət edən iqtisadi siyasət strategiyası daha böyük nəticələr verəcəkdir. Bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilibdir. Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcəkdir. Bu, elə bir sahədir ki, bu sahə daim inkişafda olur və iş yerlərinin yaradılmasına kömək, eyni zamanda, rayonun inkişafına və ölkəmizin dünyada tanınmasına xidmət göstərir. Bu gün müasir otellər, turizm kompleksləri, istirahət zonaları açılır. Əlbəttə, belə gözəl mədəniyyət mərkəzinin açılışı görülən bütün bu işlərə əlavə dəstək verəcəkdir.


Image result for Qəbələ

Qəbələ artıq dünyada çox məşhur şəhərə çevrilibdir. Qəbələ musiqi festivalları artıq gözəl ənənədir. Dünyanın aparıcı musiqi kollektivləri bu festivalda iştirak etmək üçün gəlirlər. Bilirəm ki, bir dəfə gələnlər ondan sonra da gəlmək istəyirlər. Bu da çox gözəl əlamətdir. Çünki burada görülən işlər, qonaqlara göstərilən qonaqpərvərlik, yaradılan şərait, otellər və ümumiyyətlə, gözəl nadir ab-hava Qəbələyə turistləri daha da böyük dərəcədə cəlb edəcəkdir. Qəbələdəki dağ xizəyi mərkəzi bura əlavə turistlərin cəlb edilməsinə şərait yaradırr. Buraya gəlmək üçün artıq beynəlxalq aeroport var, gözəl yollar çəkilir, infrastruktur layihələri icra edilir. Onların içində bildiyiniz kimi, indi əsas prioritet içməli su layihələridir. Bu layihələr Qəbələdə də həyata keçirilir, yaxın zamanlarda başa çatacaqdır. Qazlaşdırma istiqamətində işlər gedir, kənd yolları bərpa olunur, ən yüksək texnologiyalara uyğun şəkildə, yeni sənaye müəssisələri, heyvandarlıq fermaları yaradılır. Bax, bu hərtərəfli inkişaf hər bir yerdə getməlidir. Sosial, iqtisadi məsələlər, sənaye, infrastruktur obyektlərinin və mədəniyyət ocaqlarının, tarixi, dini abidələrimizin bərpası və tikilməsi – biz bütün bu işləri kompleks şəkildə aparırıq. Qəbələdə bax bu səpkili məsələlər uğurla icra edilir. Qəbələnin məhz sosial-iqtisadi inkişafının nəticəsidir ki, artıq əvvəlki illər kimi cavanlar iş axtarmaq adı ilə məmləkəti tərk etmirlər. Əksinə uzun müddət oralardan ayrılanlar yenidən kəndinə dönür, ata yurdunun işığını yandırırlar. Burada qurulan elektron telefon xidməti kəndlə paytaxtı nə qədər yaxınlaşdırırsa, müasir standartlara cavab verən enli yollar, tibbi xidmət insanlara şəhər əhalisi kimi rahat həyat vəd edir. XXI əsrin başlanğıcında Azərbaycanda doğan günəş odlar yurdunun hər bölgəsinə yeni həyat bəxş etdiyindən, svilizasiyanın astanasında olan kəndimizin müasir aləmi bir daha sübut edir ki, ölkəmizin taleyi etibarlı əllərə tapşırılıb.

Yusif Məhəmmədoğlu

Bakı-Qəbələ-Bakı

Image result for Qəbələ



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws