İflic xəstələri üçün yeni bir çıxış yolu

2016-09-16 23:36:04 / 3342 dəfə oxunub

Son araşdırmalar sayəsində iflic xəstəliyinin müalicəsində xeyli irəliləyiş müşahidə olunub. Belə ki, həkimlər araşdırma zamanı onurğa beyni üzərində təcrübələr aparıblar. Nəticədə bəlli olub ki, onurğa beyninin bərpası üçün alternativ üsullar mövcuddur. Bu vaxta qədər həkimlər birbaşa çıxış yolu kimi əməliyyatı seçirdilər və nəticədə onurğa beyni tam bərpa olunmurdu. Əməliyyatın uğursuzluğu nəticəsində isə, həm həkimlər, həm də xəstənin ailə üzvləri ümidlərini kəsirdilər. Lakin indi ilk öncə, onurğa beynindəki problemlər araşdırılır. Sonra isə, xüsusi məşğələlər sayəsində bu problemlər az da olsa, kiçildilir.

sabahinfo.az  deyerler.org-a istinadən bildirir ki, daha sonra əməliyyat yoluna əl atılır. Təbii ki, bu əməliyyatın nəticəsi əvvəlkindən daha rahat və uğurlu olur. Bu proses zamanı ən önəmli cəhət məşğələləri düzgün çatdırmaq və tətbiq etməkdir, çünki onlar adi fizioterapiyadan çox fərqlənir və daha uğurlu nəticələr əldə etməyə imkan verir.

Araşdırmanın ilk mərhələsində 5 kişi sağalmağa doğru irəliləmişdi. Daha sonradan bu say ona çatdı. Bu isə, olduqca böyük və faydalı nailiyyətdir. Bu tapıntılar sayəsində bir çox insanın həyatı qurtulacaqdır.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws