Əl öpdürüb, pul payladı - FOTO

2016-09-19 09:10:31 / 2343 dəfə oxunub

"Kərtənkələ" serialının çəkiliş meydançasında Qurban bayramı ilə əlaqədar bayramlaşma keçirilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bayramı 10 gün qeyd edən Türkiyədə həyata keçirilən adət-ənənəyə, serialda rol alan aktyorlar da əməl ediblər.

Aktyorlar serialın ən yaşlısı Selahattin Taşdöğeni təbrik ediblər və əlini öpüblər. O da öz növbəsində əlini öpən hər kəsə - böyüklərə 200 lirə (təxminən 100 manat), kçiklərə də 100 lirə pul verib. Aktyorun ümumilikdə 4000 lirə xərclədiyi bildirilir.

Qeyd edək ki, "Kərtənkələ"nin sentyabrın sonunda yeni mövsümə başlayacağı gözlənilir.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws