Beyni məşq etdirmək üçün gündəlik işləri...

2016-09-22 09:20:35 / 2928 dəfə oxunub

10 il bundan əvvəl Amerikalı neyrobioloq Lorens Kats və yazıcı Menninq Rubin beyni məşq etdirmək üçün çox effektli metodika hazırlayıblar.

sabahinfo.Az saglamolun.az-a istinadən bildirir ki, bu metodikanın adı "neyrobika"dır. Metodikanın əsas prinsipi - "gündəlik işlərdə yenilik".

İnsan hər gün eyni işləri görür və bu da beyinin fəaliyyətinə mənfi təsir edir - yaddaş, diqqət, təfəkkür zəifləyir. Bunun qarşısını almaq üçün beyinə daim məşq, yenilik lazımdır.
Neyrobikanın müəllifləri beyni məşq etdirmək üçün bu kimi tövsiyər verir:
- İşə gedəndə yeni marşrutlardan istifadə edin.
- İş yerinizdə tez-tez yeniliklər edin (əşyaların yerini dəyişin, köhnə əşyaları yeniləri ilə əvəz edin).
- Dişlərinizi sağ əlinizlə yox, sol əlinizlə yuyun, düymələri sol əlinizlə bağlayın, kompütürdə işlədikdə mətni sol əlinizlə yığın və s.
- Yarasa məşqi. Evdə gözü yumulu gəzin və bəzi işləri gözü yumulu görün.
- Saç düzümünüzü, makiyajınızı, geyim stilinizi dəyişin.
- Evdə mebellərin yerini dəyişin, yeni yeməklər bişirin və s.
Belə məşqlər həmçinin sinir hüceyrələrin bərpa proseslərini sürətləndirir.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws