Elşən Əzim - Şirin xəyalların dərəsi qalıb

2016-09-23 10:27:58 / 7876 dəfə oxunub
Hər sözün öz yeri, öz məqamı var, daş deyil dayana söz sözün üstə. Min ildi bir-birdən muğayatdılar, söz gözün üstədi, göz sözün üstə. Qardaş hüzurunda qardaş əyilir, əmrə müntəzirdi, yavaş əyilir. Bir əlin altında yüz baş əyilir, bir söz başbiləndi yüz sözün üstə. Pay ummur dünyanın altun tacından, düşünmür balası ölər acından. Kəsin kötük qalsın söz ağacından, doğrayın Elşəni düz sözün üstə.


******
Qorxma əcəlin çatmasından, onsuz da yollar kəsədi. Fələyin əl çantasından düşür adamın cəsədi yol qırağına. Və çıxır mürdəşirin qabağına Süpürgəçinin tapdığı xırda pul kim


İKİLƏŞMƏ

və bir gün bir adam çıxar qarşına, qayıdıb səninlə yanaşı gedər. sən gedən yollarda dörd olar gözü, nabələd tərpənər, ya naşı gedər. və baxıb görərsən bu elə sənsən, göz sənin gözündü, qaş sənin qaşın. kostyum, qalstuk, köynək səninki, əyin sənin əynin, baş sənin başın. və baxıb görərsən əl də sənindir, ayaq da sənindir, başmaq da sənin. hardasa dayanıb yol gözləmək də, harasa tələsib qaçmaq da sənin. və bir də görərsən dil səninkidir, dilin danışdığı söz sənin deyil. o ağız, o burun, o qulaq sənin amma ikiləşən üz sənin deyil. əlini salarsan cibinə bəh-bəh əl sənin əlindi, cib sənin deyil. bu gələn avtobus gözlədiyindi, o minib getdiyin cip sənin deyil. və bir də baxarsan səndən geridə, yollarda piyada bir adam qalıb. yoxdur bənzəriniz bir-birinizə, yollara göz dikib dəmadəm, qalıb.


********
Ölsəm biləcəksən o qədər də məşhur deyiləm, amma qəzetlərdən bir-ikisi yazacaq. beş-altı sayt da yazacaq. biri şair deyəcək, biri müəllim deyəcək... vallah nə isə yazacaqlar və sənə hardansa çatacaq ölümüm. sən ölsən necə bilim?


AY ARI, GÖR HARDA ŞİRƏ GƏZİRSƏN
Açıq pəncərəmdən uçub bu səhər, Evimi sən nahaq yerə gəzirsən. Mənim dilim acı, sözlərim zəhər, Ay arı, gör harda şirə gəzirsən? Divarı bəlkə də ahım qurudub, Çiçək şəkilləri oboyda solub. Sağ olmuş taleyim elə yarıdıb, Pöhrə arzularım o boyda solub. Axı ağzınacan pətəyin baldı, Qaldırıb səsini nə istəyirsən? Dərə bilmədiyim bir çiçək oldu Çəkdin şirəsini, nə istəyirsən? Ta yolum yoxuşdu, məndən geridə Şirin xəyalların dərəsi qalıb. Haçansa bir şirin şeir yazmışam, Dişində onunmu şirəsi qalıb. Sancmağa gəlmisən? Elə sancaram, Zəhər borc alarsan, ay arı məndən. Gedib pətəyini acılayarsan, Dostum, aralı gəz, aralı məndən.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!