Kiçik yaşlarda uşaqlardan qorxunu necə aradan aparaq?

2016-09-24 19:17:44 / 2027 dəfə oxunub

Ola bilsin ki, sizin də övladınız qaranlıqdan, həkimdən, iynədən, tanımadığı insanlardan, heyvanlardan, sizdən uzaq qalmaqdan qorxur. Bu qorxuları necə aradan apara bilərik?

Sabahinfo.Az deyerler.org-a istinadən bildirir ki, adətən uşaqların qorxularının əsil amili böyüklərdirlər. Ailə üzvlərindən tutmuş, ətrafında olan başqa insanlara qədər. O valideynlərin ki, kifayət qədər hövsələsi yoxdur və səbirsizdirlər, məsələni tez həll etmək üçün uşaqlarını görmədikləri şeylərlə qorxudarlar. Zirzəmidə olan xəyali varlıq, cin, anbarda olan vəhşi heyvan və sair ilə. Bu yolla uşaqların zehninə yanlış qorxular salmış olurlar. Bu qorxular uşaqlara əziyyət verir və ruhunu zədələyir. Nəticədə bəzi uşaqlar yerlərini batırırlar, özlərinə etimad etmirlər, bir çox fobiyalara düçar olurlar.
O zaman ki, övladınız bir şeydən qorxar, onu qucaqlayıb təskinlik verməyə çalışın. Qorxusunu aradan qaldırmaq üçün:
1. Qorxuları barəsində onunla söhbət edin. O zaman ki, övladınızla qorxduğu şeylər haqqında və ya gördüyü kabus barəsində söhbət edirsiniz, ruhi gərginliklərini azaldar və ona yardım etmiş olarsınız. Bu yolla uşağın qorxularından xəbərdar olar və onu aradan qaldırmağa çalışarsınız.
2. Qorxu amillərini tanımağa çalışın. O zaman ki, uşağınızla qorxuları barəsində danışırsınız, ona təskinlik verməyə çalışın. Misal üçün uşağınız bir ticarət mərkəzində sizi itirməyindən qorxursa ona deyin ki, siz də bu cür qorxu hiss edirsiniz. Ona deyin ki, elə ona görə də həmin yerlərdə onu yanınızda saxlamaq istəyirsiniz ki, itməsin.
3. Övladınızın qorxularını zarafata salmayın. Ola blsin ki, o, sizə qorxuları haqqında danışan zaman siz güləsiniz və zarafata salasınız. Bu rəftarı etməyin. Onu təhqir edib gülməyin, çünki bu qorxular onun üçün ciddi və həqiqidir. Ona ürək-dirək verərək qorxularını aradan qaldırmağa çalışın.
4. Məhəbbət göstərin. O zaman ki, övladınızın yanında ola bilmirsiniz və onun yataq otağı sizin otaqdan uzaqdadırsa, ona sevdiyi bir oyuncaq alın və yanında saxlamasını söyləyin. Bu oyuncaq ona təskinlik verər və qorxuları ilə mübarizə aparmasına yardım edər.
5. Bəzi uşaqlar qorxuları ilə bağlı məntiqli cavablar alaraq, onlara qələbə çala bilirlər. Ona görə də övladınıza qorxuları ilə bağlı məntiqli və inandırıcı cavablar verməyə səy göstərin.
6. O zaman ki, övladınız gördüyü kabuslardan sizə danışır, onun sözünü kəsməyin. Qoyun yuxusunu danışsın və siz də bu qorxunu aradan aparmaq üçün ona məsləhətlər verin.
7. Uşaqların bəzisi adətən o şeylərdən qorxurlar ki, anaları ondan qorxur. Misal üçün, yatan zaman işığı söndürmürlər və ya oğru qorxuları vardır. Bu qorxular istər-istəməz övladınıza da sirayət edər. Ona görə də valideyn çalışmalıdır ki, bu cür qorxularını övladlarının yanında bəyan etməsin və onlara bu qorxuları təlqin etməsin.



Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09
Dollar UCUZLAŞDI
2017-05-23 17:15:42



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws