Habil RzaNur Mustafayev - ..DÜNYA DA TANRININ KÜÇƏSİ İMİŞ..

2016-09-27 10:39:34 / 13170 dəfə oxunub

...TƏNHA KÖLGƏLƏRİ SEVMİRƏM DAHA...

Yuyun göz yaşımın yağışlarında,
Qızın,həsrətimin odundan qızın.
Mən donaram soyuq buz yatağımda,
Sən rahat ol mənim adımdan qızın.

Gecik görüşlərə gecikdiyin tək,
Tələs ayrılığa tələsən kimi.
Nə etsəndə həmən vərdişində qal,
Çağır məni yağışlar kəsən kimi.

Qoşul ayrılığı bacaranlara,
Qoy biraz axtarım,qoy biraz gəzim.
Görüm sevgilinlə ilk görüşdəsən,
O an ayrılığa bir şeir yazım!

Yazım şeirimdə dünya dağalsın!
Yazım tənhalığım dünyadan baha!
Nə də,keç günəşin qarşısında dur,
Tənha kölgələri sevmirəm daha!!



...XƏYANƏT DÖYƏN ADAMAM...

Bacarmıram bəhanəsin,
Eşidən,duyan adamam.
Mən yağışla bəhsə girib,
Yağışı yuyan adamam!

Xatirələr varaqlayıb, 
Biraz da,dərd qucaqlayıb,
Mən,gecə gizli ağlayıb,
Gülə şeh qoyan adamam.

Gözümün nuru sönükdü,
Bir əhd var,mənə dönükdü,
Sol yanım sınıq sınıqdı,
Xəyanət döyən adamam!

Əzməyin,əyməyin yenə!
Sev deyə söyməyin mənə,
Qurbanam dəyməyin mənə,
Canımdan doyan adamam!!


..UNUTMUŞAM...

Bəxtimin üstün toz alıb,
silməyi unutmuşam.
Mənə tərəf gələnlərə,
gəlməyi unutmuşam.

Nəsə,gündüzlər qısalıb,
Ağlım bir qadında qalıb,
Ağlamaq yadımda qalıb,
gülməyi unutmuşam.

Artıq ölməyə hazıram!
Bir eşqə,qəbir qazıram...,
Ölümə şeir yazıram,
ölməyi unutmuşam!!


..RÜŞVƏTXOR MƏLƏK...

Şükür,bəxtim daşa dəydi,
Həmişə,boşa gedirdi!
Hamı,bir ürəklə gəlib,
Gedəndə,qoşa gedirdi...

Bir gələn,bir də gəlmirdi,
Dualar,yerdə qalmırdı,
Mələklər rüşvət almırdı,
Ahlar,birbaşa gedirdi.

Axtarıb bir kələk tapdım,
Daş da olsa,ürək tapdım,
Bir,rüşvətxor,mələk tapdım,
Eşq,daşa-daşa gedirdi.

Alıb eşqi gözdən itdi,
Qız,məni bəxtimdən etdi,
Soruşdum bu hara getdi,
Dedilər işə gedirdi...


...BÜTÜN SEVGİLƏR SOLAXAY...

Bütün sevgilər solaxay!
Sevgi,sol yanı incidər.
Sağ əl ilə sağollaşıb,
Büs bütün canı incidər.

Eşq odu qızdırar canı,
İndi belə sevgi hanı?
Eşq nəyinki bir insanı....,
....bütün dünyanı incidər!

Kordu,gözümü danladım,
Sonra,özümü danladım,
Neynim,sevəndə anladım,
Nöqsan,nöqsanı incidər.

Nə evli,nə,dul tanımaz,
Sevgi asan yol tanımaz,
Şah tanımaz,qul tanımaz!
Sevsə,sultanı inçidər.

Sevgi bu imiş deyəsən,
Sevgidir də,neyləyəsən?!
Gül qoxulum söyləyəsən,
Gül də,bağbanı incidər!!



..HƏSRƏT...

Sənə bu həsrəti necə anlatım?!
Bir yetim uşağın qismətidir bu.
Yetimlər evinin pəncərəsində,
"Ana" yazısının həsrətidir bu.

Sənə bu həsrəti necə anlatım?!
Haqladım büs bütün dilənçiləri.
Sənsiz əllərimi nəyə bənzədim?
Kağız pul gözləyən dilənçi əli.

Sənə bu həsrəti necə anlatım?!
Deyimmi Zəhranı keçə bilmişəm!
Deyimmi Yusifin yuxularından...,
Birbaşa yanına köçə bilmişəm!

Sənə bu həsrəti necə anlatım?!
Yazacam dünyadan köçənə qədər.
Göz yaşım şeirə dönənə qədər,
Vərəqlər göz yaşı içənə qədər.

Sənə bu həsrəyi necə anlatım?!
Bir yetim uşaqın qismətidir bu.
Yetimlər evinin pəncərəsində,
"Ana" yazısının həsrətidir bu.!!!



..DÜNYA DA TANRININ KÜÇƏSİ İMİŞ..

Bü gün ahlarıma qarışacaqasan,
Gecənin bağrını deşəcəm yenə.
Arzuya hamilə bir ulduz kimi,
Bir dilək diləsən düşəcəm sənə.

Neynirəm arzusuz düşən ulduzu...,
Neynirəm ulduzu susan gecəni!?
Bu gecə ulduzlar elə laldı ki,
Yenə xatırlatır sizin küçəni.

Bilmirəm nədənsə rahat yatıram,
Yenə tər içində oyadacaqsan.
Bəlkə də bilərək rahat yatmışam,
Sən mənə yuxumda qayıdacaqsan.

Özümdə yuxuda Tanrını gördüm,
Soruşdum o sizin küçədə qalmır!
Hələ bir Tanrıya sual da verdim,
Niyı sevgililər küçəsi olmur!?

Bir cavab eşitdim ağrılı cavab!
Sevgimiz Tanrının xətrinə dəymiş.
Dedi,biz ayrılıq küçəsindəyik,
Dünya da Tanrının küçəsi imiş!!


..PAYIZ ŞEİRLƏRİ AĞRISIZ OLMUR..

Payızda xəzəllər ağladır məni,
Sanki bu yarpaqlar əlimdən düşür!
Ölən xəzəllərə bulud ağlayır,
Şairin ğöz yaşı qələmdən düşür!

Heyif xəzəllərdən ah çəkə bilmir,
Kimsə düşünmür heç bu ahsızları.
Bir dəcəl küləyə qurban olurlar,
Külək edam edir günahsızları.

Mən yağış görmüşəm güllədən betər,
Mən yarpaq görmüşəm,torpağı deşir!
Hər ölmüş insanın fatihəsi tək,
Hər ölən yarpağa bir şeir düşür.

Bir ağac gəzirəm,əlli,ayağlı,
Payız olsa belə,yarpağı solmur!
Yağışda od tutub yananlar bilir,
Payız şeirləri ağrısız olmur!!

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!