Alimlər barmaq şaqqıldatmağın zərərli olub-olmadığını açıqladılar - FOTO

2016-09-29 10:00:18 / 1005 dəfə oxunub

sabahinfo.Az technote.az-a istinadən bildirir ki, ABŞ-ın UC Davis Sağlamlıq Mərkəzində işləyən elm adamları, barmaq şaqqıldatmağın oynaqlara necə bir təsir göstərdiyini açıqladı.

Barmaqlarınızı şaqqıldatdığınızda, ətrafdan "belə etmək çox zərərlidir, oynaqlara ciddi ziyan verir" kimi cümlələrlə tez-tez rastlaşarsınız. Bəs elm adamlarının buna cavabı nədir? Həqiqətən də barmaqlarınızı şaqqıldatdığınızda oynaqlarınıza zərər verirsiniz mi?

Əvvəla barmaqlarımızı şaqqıldatdığımızda nələr olduğuna baxaq. Maye ilə dolu olan iki sümüyün birləşdiyi oynaq kapsulundakı boş qisim, barmaqlarımızı hər şaqqıldatdığımızda genişlənir və burdakı maye, sümüklərin arasındakı boşluğu doldurmaq üçün kifayət etmir. Təzyiqin düşməsi və sonrasında yaranan qaz dolu qabarcıq, barmaqları şaqqıldatdığımız vaxtdakı o məşhur səsin çıxmasına səbəb olur. Yəni bu səsin arxasındakı tək şey bir qabarcıq dənəsidir.

Üzərində təcrübə aparılan 40 insandan alınan datalar ilə bir analiz aparan Dr. Robert Davni Butin, bu sınaqlardan 30-unda şaqqıldatmaq alışqanlığının olduğunu, 10-unun isə bunu həyatlarında heç yoxlamadıqlarını ortaya çıxardı. Bir növ oynaqlar üçün isinmə hərəkəti vəzifəsini yerinə yetirən şaqqıldatmaq, oynaqlardakı hərəkət genişliyinin də artmasına kömək edir hətta oynaq xəstəliklərinin qarşısına keçməsi üçün yaxşı bir metod belə ola biləcəyini bildirir. Belə ki, sınaqlara dayanaraq bildirilir ki, barmaq şaqqıldadan insanlarda oynaq iltihabı ya da şişlik kimi xəstəliklərə rast gəlinmir.

Nəticə olaraq "barmaq şaqqıldatmaq zərərlidir" tezisini müdafiə edən şəxslərə bu xəbərdən yola çıxaraq lazımlı "elmi" açıqlamanı etməyinizdə heç bir ziyan yoxdur.

Alimlər barmaq şaqqıldatmağın zərərli olub-olmadığını açıqladılar - FOTO



Son xəbərlər
Heyrətləndirən Tərtər
2017-01-17 17:32:12
Millimizin yubiley gecəsi
2017-01-17 15:09:05
4 nazir vəzifədən getdi
2017-01-17 14:54:03



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws