ƏtirSiz

2016-09-29 15:16:16 / 3852 dəfə oxunub
Elə şeylər var ki,onların insan həyatına,hislərinə,ruhna təsir edir.Ətirlər ..... Hələ də bu sirri bilən yoxdur.insanın əhvalını dəyişməsinə səbəb nədir .Ətirlər bizə həyatımızda baş vermiş hadisələri xatrladır.Bəlkə də bunun səbəbi eləƏtirin vətəninin sehrlər ölkəsi Misir olmasıdır? BəlkəMisir fironlarının təkəbbürü,kahinlərinin caduları,qadınlarının sirlər dolu çəkiciliyi ilə yoğrulub Mayası?? Bunu bilmək maraqlıdı.
Ətirlərin yaranma tarixi eramızdan 3 000 il əvvələ dayanır. Ümumilikdə ətriyyatın vətəni – fironlar ölkəsi olan Misir hesab edilir. Hələ qədim dövrlərdə belə Misir ətirləri Aralıq dənizi sahillərində yerləşən ölkələrdə ad qazanmış, çox məşhur olmuşdur.Qədim Misirdə ilk ətirlər rahiblər tərəfindən məbədlərin təravətləndirilməsində istifadə edilirdi.İlk ətirlər tüstü şəklində idi. iyli bitkilərin ,çiçəklərin yandırılmasından əldə olunan tüstüdən istifadə edilirdi. Daha sonra ətir hazırlanması təkmilləşərək yağ halına salındı.Bundan sonra qadınlar ətirlərdən istifadə etməyə başladı. Misirlilərdən bu sənəti yəhudilər, sonralar isə assiriyalılar, yunanlar, romalılar, ərəblər və nəhayət varvar xaosunun öhdəsindən gələn və bu sənətin sivilizasiyası üçün yetişmiş müasir Avropa xalqları mənimsəmişdir. İndi fransız ətirləri adla deyilsə də nəzərinizə çatdırım ki,fransızlar ətir istehsalı ilə ən son tanış olan xalqlar qrupuna daxildirlər. İngiltərədə XVI əsrdə kraliçə Yelizavetanın dövründə ətriyyat gündəlik tələbata daxil idi.. Onun iş otağı iy ilə dolu idi. Mebeli, paltarı və oboylara ətir vururdu. Kraliçə Viktoriyanın (1819–1901) hakimiyyəti dövrünədək İngiltərədə güclü iylər yaxşı hesab olunmurdu.
XVII əsrdə Fransada ətriyyatın yeni mərkəzinə çevrildi. -Qrass şəhəri. XVIII əsrin sonunda və XVII əsrin əvvəllərində ətriyyat dükanlarının əvəzinə kiçik ətriyyat müəssisələri- Lyubenin şirkəti,Ubiqan,Gerlen və .s.yarandı. Genrix II hakimiyyəti dövründə ətriyyatdan istifadə hədsiz həddə çatmışdı., çünki xanımlar „bütün ətriyyat, tualet suları, sebit, müşk, ambra və digər ətirlərdən öz paltarlarına, yorğan döşək və saçlarına vuraraq sui istifadə edirlər. Fransız kralları ətriyyat inkişafına xüsusi diqqət ytirirdilər.. 1614 cü ildə ətriyyatlar təbəqəsi rəsmi ad almışdı. Lyudovik XV favoriti olan madam de Pompadur tünd qoxuları çox sevirdi. Saray adamları deyirdilər ki,onun ölümündən 20 il keçsə belə otağı hələ də müşk qoxuyurdu.. Onu əvəz edən madam Dyubari asan gül iylərini üstün tuturdu və odekalonları dəbli etmişdir. Birinci əsil odekalon («eau de Cologne» – fransiz dilindən tərcümədə «Köln suyu») Kölndə Milan skini İoqani Farin istehsala etmişdir. XVIII əsrin sonunda Kölndə Vilgelem Myulensin zavodunda ümumdünya məşhurluğunu qazanmış «№ 4711», odekalonunu yaratmışdır. Bu odekalonı ay ərzində 60 flakonadək alan özü ilə daim bir yerdə götürən Napoleon Bonapart da çox bəyənirdi.
Düzdü bəziləri elə zənn edir ki,ilk ətiri Coco Chanelin yaradıb. Ama bu doğru deyil. İlk ətir marka olaraq 1911-ci ildə Paul Pairet tərəfindən ‘Parfums da Rosine’ dir.
Qızının adıyla təqdim etdiyi bu ətir kolleksiyası, xüsusilə şüşə və paket dizaynlarıyla təqdim olunmuşdur. 20-ci əsrdə saysız hesabsız ətirlər möhtəşəm qablarda təqdim olunur .Hətta bir çox şou aləminin ulduzları belə ətir biznesində özlərini sınayır. Ətir sirli aləmdir.bu barədə nə qədər danışılsa yazılsa dənizdə damla olaraq qalacaq Mənim aləmimdə ətir barəsində müzakirələrə möhürü Amerika kinomotoqrafçılarının çəkmiş olduğu "Parfumer” filmi vurdu. 
Bu film insane xarakterinin belə istifadə etdiyi ətirlərlə müəyyən etməyin mümkün olduğunu,hər insanın özünə xas ətrə malik olduğunu aşılayır .Bizlər istifadə etdiyimiz ətirlə qarşımızdakını tək valeh etmirik .Həmçinin onun həyatında buraxdığımız izi ölümsüzləşdiririk Jan Batistin diliylə desək : ÖZÜNÜ UNUDA BİLƏRSƏN-ƏTRİNİ ƏSLA

Pərvin Abışova



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws