Bu 3 maddə qandakı xolesterini aşağı salır

2016-10-01 12:50:17 / 978 dəfə oxunub

Kətan toxumu - qandakı xolesterini aşağı salan maddələrdən biridir. Kətan toxumunun tərkibində Omeqa-3 vardır. Çox təəssüf ki, bir çoxlarımız bu maddədən lazımi qədər istifadə edə bilmirik. Bunu bilmək lazımdır ki, Omeqa-3 maddəsi qandakı xolesterini tənzimləyər və qan dövranını yaxşılaşdırar. O zaman ki, qan damarlardan rahat şəkildə cərəyan edər, ürəkdə heç bir problem yaranmaz. Bu maddə həm də beyin və ağciyərlərin qorunması üçün lazımlıdır. Tövsiyə olunur ki, kətan toxumunu üyüdüb, bütün salatlarınızın və xuruşlarınızın üstünə səpəsiniz.

sabahinfo.Az deyerler.org-a istinadən bildirir ki, ikinci maddə isə sarımsaqdır. Sarımsaq elə bir tərəvəzdir ki, qan damarlarındakı yağ yığımını azaldar. Ona görə də qan sürətlə hərəkət edə bilir. Diqqət edin ki, sarımsaq anti-biotik bir maddədir. Soyuq havalarda bədənimizin immun sistemini yüksəldər.
Üçüncü maddə isə sarıkökdür. Sarıkök elə ədviyyatlardandır ki, ondan istifadə etmək lazımdır. Sarıkök qandakı yağlılığı azaldar. Bu maddə anti-oksidantdır. Ona görə də hüceyrələrin qocalmasına mane olar və xərçəng xəstəliyinin qarşısını alar.
Bu üç maddədən istifadə etmək qaydası çox sadədir. Hər bir yeməklərinizdə bu maddələrdən birindən rahatlıqla istifadə edə bilərsiniz.
Kətan toxumunu üyüdüb bir şüşə qaba yığın, sonra isə yeməklərinizin üstünə duz kimi səpin.
Sarımsaqdan ən sadə şəkildə belə istifadə edə bilərsiniz. Bir tikə çörək götürüb üzərinə sarımsaq sürtün və onun da üzərinə pomidor dilimi və onun da üzərinə bir qədər də zeytun yağı töküb, istifadə edin. Nə qədər ləzzətli olduğunu görəcəksiniz.
Ya da bir neçə diş sarımsağı bir şüşə qaba qoyun və üzərinə rozmarin bitkisinin yarpağını və zeytun yağını tökün. Bir neçə həftə soyuducuda saxlayın. Sonra bu yağdan və sarımsaqdan istifadə edin.
Sarıkök elə ədviyyatdır ki, hər bir yeməkdə ondan istifadə etmək olar.



Son xəbərlər
Heyrətləndirən Tərtər
2017-01-17 17:32:12
Millimizin yubiley gecəsi
2017-01-17 15:09:05
4 nazir vəzifədən getdi
2017-01-17 14:54:03



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws