Azərbaycanda pornoqrafiya reklam edən saytlar niyə bağlanmır?!

2016-10-07 09:30:54 / 6375 dəfə oxunub

Yerli saytların pul qazanmaq üçün etdiyi iyrənc əməllərdən biri də saytlarda pornoqrafik reklamların yerləşdirilməsidir.

Son zamanlar yerli internet saytlarında kişi cinsi orqanının inkişafı ilə bağlı insan əxlaqını korlayan reklam materialları sürətlə yayımlanmaqdadır. "Adnow" və "AddXXX" xarici reklam şirkətlərinin yerli saytlara verdiyi müxtəlif gel və dərman pereparatları reklamları birmənalı olaraq biyabırçı xarakter daşıyır. Məsələni araşdırmadan əvvəl Azərbaycan Respublikasının Qanunvericiliyinə nəzər salaraq bəzi nüansları həm sizin həm də dövlət qurumlarının yadına salmaq istəyirik ki, lazımi tədbirləri tez bir zamanda görsünlər.
sabahinfo.Az technote.az-a istinadən bildirir ki, Azərbaycan Respublikası Kütləvi İnformasiyalar Haqqında Qanununda qeyd olunur:

Maddə 19:

Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi.
2-ci bənd: Dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə);
 
Maddə 60:

Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət.
5-ci bənd: Pornoqrafik materialları dərc etdikdə və ya efirə verdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.
 
Eləcə də bu kimi bəndlərə Azərbaycan Respublikası Reklam Haqqında Qanunda da rast gəlmək olar.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!