Facebook-da yayılmış yeni virusdan ehtiyatlı olun

2016-10-07 10:15:59 / 1431 dəfə oxunub

Facebook-da yayılmış yeni virus bir çoxlarını narahat etməyə başlayıb. Belə ki, bu virus vasitəsilə hackerlər həm sizin şəxsi məlumatlarınızı əldə edir, həm də sizin dostluğunuzdakı şəxslərə viruslu mesajlar göndərə bilirlər.

sabahinfo.Az technote.az-a istinadən bildirir ki,siz bu virusu e-mail vasitəsilə və ya bildiriş şəklində ala bilərsiniz. İlk baxışda Facebook yenilənməsinə oxşayan məktub sizin şəxsi məlumatlarınızı ələ keçirmək üçün qurulmuş tələdir.
Belə ki, şəkildən də göründüyü kimi burda sizdən e-mail adresiniz və ya telefon nömrəniz, həmçinin şifrə və doğum tarixiniz haqda məlumatı daxil etməyiniz xahiş olunur. Bununla sizin şəxsi məlumatlarınızın daha təhlükəsiz hala gətirilməsi haqda məlumat verilir. Siz məlumatı daxil etdiyiniz halda hesabınız virusla yoluxacaq.

Mümkün qədər bilmədiyiniz mənbədən və ya şübhə yaradan mesajlardan uzaq durun və öz şəxsi məlumatlarınızı əmin olmadığınız qaynaqlarda paylaşmayın.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws