2016-cı ildə “Android” üçün top-10 proqram

2016-10-09 09:00:18 / 4650 dəfə oxunub

Müasir dünyanı smartfonsuz təsəvvür etmək praktiki olaraq mümkün deyil. Onları xüsusi edən isə həyatımızı asanlaşdıran müxtəlif proqramlardır. 

sabahinfo.Az wiseanswers.ru-ya istinadən bu ayın ən yaxşı android-proqramını təqdm edir. 

1. CAMSCANNER

Mühüm sənədi təcili skaner etmək və kiməsə göndərmək lazım olduğu hallarda, istifadəsi çox sadə olan prqoram köməyinizə gələcək. Proqramın yardımı ilə skaner edə, PDF və JPEG formatında olan faylları yollaya bilərsiniz. 

2. HITAP INDIC KEYBOARD MİNİ

Bu proqram Hindistanda "ən ağıllı, məzəli, fərdi və sürətli klaviaturası olan proqramdır”. "FunnyTap Tech”in proqramını işdə yoxlamaq lazımdır. İngilis dilindən başqa o, demək olar ki, bütün əsas regional dilləri, məsələn hindi, benqali, maratxi, qucarati, tamil. Pencabi və bir çox digər dilləri təqdim edir. Siz bununla yanaşı, digər mövzuları da yükləyə bilərsiniz. 

3.  AC3 PLAYER (YENİ)

İstənilən formatda video və audionu dəstəkləyən proqram istəyirsiniz? İstənilən faylı tez və sürətli tempdə səsləndirən proqram axtarırsınız? Bir neçə formatda olan subtitri dəstəkləyən, mobil telefonunuzda olan bütün audio və video faylları avtomatik tapan proqram lazımdır? O zaman bu proqram sizin üçündür. Bundan başqa proqram "Lollipop”un yeni versiyası ilə gözəl işləyir. 

4. POCKET

Tələbkar oxuculara həsr edilib. "Pocket” internetdən məqalə və videoları saxlayır, daha sonra bu məqaələrə müstəqil şəkildə baxmaq olar. Bundan başqa, siz "Pocket”i öz oxuma tərzinizə uyğun ayarlaya, faylları elektron ünvanınızda, "Facebook”, "Twitter” və hətta "Flipboard”da saxlaya bilərsiniz. 

5. MetaTrader 4 

"Forex” bazarında adi planşet və hətta smartfon vasitəsilə də alqı-satqı həyata keçirmək mümkündür. İnanmasanız da "MetaTrader 4”-ün yükləmə sayı 5 milyonu keçib. Bu platforma, xüsusilə "Foreks”də alqı-satqı üçün yaradılıb. 

"MetaTrader 4”-ün sayəsində siz müxtəlif broker şirkətləri ilə çalışa bilərsiniz. Proqramdan istifadə edərək sövdələşmələr bağlaya və "Forex” bazarının təhlilini apara bilərsiniz. Bunun üçün "MetaTrader 4”-də müxtəlif indikatorlar və qrafik obyektlər var. 

6. DUOLINGO

Xarici dil öyrənməyə neçə dəfə cəhd etmisiniz? Neçə dəfə həqiqətən öyrənməyə başlamısınız? Bu proqram yeni dili asanlıqla və rahatlıqla öyrənməyə imkan verəcək. Duolingo ingilis, ispan, fransız, alman, italyan, portuqal, holland, irland, danimarka, isveç, rus, ukrayna, esperanto, polyak və türk dilini öyrənmək imkanı verir. Sözsüz ki, sınamağa dəyər!

7. AVAST MOBILE SECURITY & ANTIVIRUS

Antivirus smartfonlarımız üçün əsas proqramlardan biri olub və Avast – onlardan ən yaxşısıdır. Proqram sizə öz telefonunuzu zərərli proqram, virus, cəsus PT (proqram təminatı), arzuolunmaz fişinqdən və digər zərərli fayllardan qorumağa yardım edəcək. Bu versiyada yeni nə var? Əvvəllər yalnız abunəçilərin çıxışı olduğu bəzi funksiyalara, indi bütün istifadəçilərin də pulsuz çıxışı var. 

8. CAMERA360

Biz hamımız yeni nə isə arzu edirik və bu proqram bizə nə isə təklif edə bilər. "Camera360” fotoları redaktə və təsvirlərə müxtəlif effektlər verə bilər. Bu proqramda həmçinin simaların tanınması (Smart Facial Recognition) funksiyası və 100-dən çox müxtəlif filtrlər var.

9. OPERA MAX 

Proqram telefonun kontentinə nəzarət təqdim edir. Proqram elə çalışır ki, bütün olan məlumat, məsələn fotolar, video, media və bir çox digər materiallar keyfiyyətini itirmədən kiçilmiş vəziyyətdə saxlanılır. "Opera Max” proqramı kontenti idarə edilməsi üçün "must-have”dır. 

10. SNOWBALL 

"Facebook”da ismarıclara, elektron ünvana gələn məktublara cavab verin, "WhatsApp”a dostunuza yazın. Nə qədər çox iş görsəniz, bir o qədər çox proqram tələb olunur, sıravi istifadəçilər deyir. Bu, kökündən yanlışdır! Əslində yalnız bir porqram, onlarla proqramı açmadan onlarla iş görməyə imkan yaradır. "Snowball” proqramı ilə bir dənə də mühüm zəngi, ismarıcı və ya elektron məktubu cavabsız qoymayacaqsınız! 

11. LASTPASS

Əgər çoxsayda elektron ünvanınız və sosial şəbəkələrdə akkauntunuz varsa, əgər onların sayını və şifrələri yadınızdan çıxıbsa, o zaman ... (yeri gəlmişkən, siz "şifrəni xatırlat” düyməsindən nə qədər tez-tez istifadə edirsiniz?) "LastPass” şifrə meneceri sizin şifrə və şəxsi informasiyanızın təhlükəsizliyini təmin edir. Proqram avtomatik olaraq loginləri doldurur, yeni və təhlükəsiz şifrələri yaradır. Pis səslənmir...



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws