GÜLŞƏN MUSTAFA - SƏNSIZ KÜÇƏLƏR

2016-10-09 21:16:53 / 8751 dəfə oxunub

BİR ADDIM

Sənəinanırdımmənözümqədər,
Keçdesən , yolundacandankeçərdim.
Sənligünləriməçoxverdinkədər,
Sənsizgünlərimdəaxırcücərdin.
 
Gör necə ötürsən indi yanımdan,
Elə bil qəlbimə sancaq taxırsan.
A zalım , demirəmsənməndənutan,
Peymanınüzünənecəbaxırsan?
 
Bilməzdim sevgidən nifrətə doğru,
Cəmi bircə addım yol varmış demə.
Səni ağuşuna çəkən o "oğru" ,
İndi düşmənindir , könül , qəm yemə.



NƏNƏMIN NAĞILLAR

Ay nənəmin nağılları,
Sehrinə al , apar məni.
Simurq quşu qanadında,
Bu dünyadan qopar məni.
 
Nənəm , mənə hey söylərdin,
Biri vardı , biri yoxdu.
Uzaq , gözəl bir diyarda,
Yaman azdı , yaxşı çoxdu.
 
Kipriklərim qovuşardı,
Gözlərimdə şirin  yuxu.
Getdi çirkab , toz , dumanlar,
Ətraf çiçək , gözəl qoxu.
 
Yuxuda da yuxu gördüm,
Kaş yuxudan oyanmayam.
Ürəyimi parçalayıb,
Al qanıma boyanmayam.
 
Nənə yenə bir nağıl de,
Nüfuz etsin ağıllara.
Qoy nağılın örnək olsun,
Bu gün saxta nağıllara.
 

YAZIR MƏNI QƏLƏMI

Sandım Allahım küsüb,
Məni yadına salmır.
Ya da bəndəsi  çoxdur,
Hamsı yadında qalmır.
 
Necə də naşükürəm,
Hesablarkən ələmi.
Tez yadına düşürəm,
Yazır məni qələmi.
 

 
SƏNSIZ KÜÇƏLƏR

Səninlə keçdiyim bir vaxt,  küçələr,
Həm mənə doğmadı, həm mənə  yaddı.
Az qalır məhşərə məni çəkələr,
Özüm də bilmirəm bu  necə oddu.
 
Sanki söz deyəcək, dili sözlüdür,
Məni xayalımdan daha düşürdür.
Elə bil küçə də iki üzlüdür,
O vaxtisidirdi, indiüşüdür.
 
Bulud da budolmuşürəyimkimi.
Sıxılır, qaralır ,hərdənqaryağır.
Göynəyirsəssizcəkürəyimkimi,
Çəkilmirsənsizlik, baxnecəağır.
 
Necəsirrsaxlayır, küçəyəbaxsən,
Ayaqizlərimizhələgizlidir.
Biz çoxdankeçmirikhəminküçədən,
Ammahəminküçəyenəbizlidir.
 

QADINLARIN QOCALIĞI

Üzündəki gözəlliyin
Yerin indi qırış alır.
Çox dözülməz mənzərədi
Təbiət verdiyin alır.
 
Qara şəvə saçlarına,
Artıq zalım dənlər düşüb.
O nəşəli baxışına,
Gör nə qədər qəmlər düşüb.
 
Şux qaməti bükülübdü,
Ömür yükün daşımaqdan.
Elə bil ki , yorulubdu,
Taleyini  yaşamaqdan.
 
Yenə sevir ismət, qürur,
Yenə sevir ucalığı.
Gənclikdən də gözəl olur,
Qadınların qocalığı

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!