Klinton və Trampı geridə qoyan QIRMIZI JAKETLİ

2016-10-10 18:40:13 / 2453 dəfə oxunub

ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkilərində Demokrat Partiyasından Hillari Klinton və Respublikaçılar Partiyasından Donald Tramp mübarizə aparacaqlar.

sabahinfo.Az CBN-ə istinadən bildirir ki, iki namizəd Sent-Lüis şəhərindəki Vaşinqton Universitetində növbəti dəfə teledebata çıxıb.

Teledebatların əsl qəhrəmanı nə Klinton, nə də Trampdır: həmin şəxs Kennet Bondur.

Namizədlərdən enerjidaşıyıcıları ilə bağlı hansı siyasəti yürüdəcəyini soruşan K.Bon sosial şəbəkələrin fenomeninə çevrilib. Səbəb onun soyuqqanlı davranışı, xüsusilə də Kennetin əynindəki qırmızı jaketdir.

Sosial şəbəkə istifadəçiləri K.Bonu 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd qismində görmək istədiklərini yazırlar.

Kennet Bonu "Birləşmiş Ştatların yeganə ümidi" də adlandırırlar.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws