114 yaşlı qarı ərə getdi

2016-10-10 17:34:08 / 6942 dəfə oxunub

Çində hamını heyrətə gətirən toy olub. sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, 114 yaşlı qadın 71 yaşlı kişiyə ərə gedib.

Nikah mərasimi Çinin Cintsyan-Uyğur muxtar rayonunun Kaşqar dairəsində keçirilib.

Məlumatda qeyd edilir ki, kişi sevgilisinin ona ərə gəlməsinə bir il müddətində nail olub.

Onun sözlərinə görə, onlar qocalar evində tanış olublar. Kişi deyib ki, hər şeydən əvvəl gələcək arvadına  yemək bişirə bilməsi qabiliyyətinə görə vurulub.

Sonradan başa düşüb ki, xoşuna gələn qadın çox yaxşı insandır.

Qadın bir neçə dəfə kişiyə ərə getməkdən imtina edib. Ancaq 71 yaşlı bu kişi ona nəvaziş göstərməkdən əl çəkməyib. Nəticədə o, toya razılıq verib və beləliklə, əlaqələrini rəsmiləşdiriblər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!