Burnum axır. Nə edim? - HƏKİM MƏSLƏHƏTİ

2016-10-11 10:05:36 / 2390 dəfə oxunub

Zökəm orqanizmin qoruyucu reaksiyalardan biridir. Burnun daxilində xüsusi hüceyrələr var. Bu hüceyrələr selik ifraz edir.

sabahinfo.Az saglamolun.az-a istinadən bildirir ki, bu seliyin olması çox vacibdir. Selik burun boşluğuna nəfəsalma zamanı düşən toz, mikroblar, virusları və s. yuyub aparır. Mikrobların və ya virusların sayı artdıqda seliyin miqdarı da artır. Orqanizm bununla mikrob və viruslardan tez bir zamanda azad olmağa çalışır. Məhz bu səbəbdən bakterial və ya virus infeksiyaların ilk simptomlarından biri zökəmdir. Zökəm zamanı burnumuzdan gün ərzində 2 l qədər selik ifraz oluna bilər.

Virus infeksiyası zamanı burundan şəffaf selik, bakterial infeksiyası zamanı sarılı-yaşıllı irinə oxşar maye ifraz olunur.
Zökəm mütləq müalicə olunmalıdır. Uzun müddət ərzində müalicə olunmayan zökəm haymorit kimi ağır fəsadın inkişafına səbəb ola bilər.
Lor həkimləri zökəm zamanı xəstələrə bu kimi tövsiyələr verir:
1. Parça dəsmallardan deyil, birdəfəlik kağız dəsmallardan istifadə edin. Bu ifraz olunmuş mikrobların yenidən burun boşluğuna düşməsininin qarşısını alır.
2. Burnunuzu təmizləyəndə, əvvəl burnun bir hissəsini (bu zaman digər hissəsini barmaqla sıxmaq lazımdır), sonra o biri hissəsini təmizləyin.
3. Burnunuzu təmizləyəndə ağzınızı bir qədər açıq saxlayın. Bu mikrobların burunla qulağı daxildən birləşdirən yevstaxi borusu ilə qulağa düşməsinə və burada iltihabın inkişafına mane olacaq.
4. Mayenin qəbulunu artırır.
5. Zökəm zamanı adətən damardaraldıcı damcılardan istifadə olunur. Bu damcılar çox yaxşı kömək edir, ödemi azaldır və seliyin daha asan axmasına kömək edir. Lakin bu damcıları 7 gündən artıq istifadə etmək olmaz.
6. Xalq təbabəti vasitələrdən zökəm zamanı xardal əlavə olunmuş isti ayaq vannaları yaxşı kömək edir. 5 l isti suya 3 x.q. xardal tozu tökün. Yatmazdan əvvəl bu suda ayaqlarınızı 15 dəqiqə saxlayın, sonra yaxşı qurulayın və yun corab geyinin.
7. Zəncəfil çayı da soyuqdəymə və zökəm zamanı ən sınanmış vasitələrdən biridir. 3-4 sm olan zəncəfil kökü sürtgəcdən keçirilir, 1 stəkan qaynar suda 20-30 dəqiqə ərzində dəmlənilir, süzülür, bal və limon əlavə olunur.



Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09
Dollar UCUZLAŞDI
2017-05-23 17:15:42



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws