Soyuqdəymənin qarşısını alan... salat

2016-10-12 23:18:53 / 6868 dəfə oxunub

İstənilən xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır. Bu qayda xüsusilə qrip və soyuqdəymə xəstəliklərinə aiddir.

sabahinfo.Az saglamolun.az-a istinadən bildirir ki, təbii vasitələrin köməyi ilə biz özümüzü və uşaqlarımızı bu xəstəliklərin inkişafından asanlıqla qoruya bilərik. Bu vasitələrin arasında düzgün və sağlam qidalnma əsas yer tutur.

Soyuqdəymə və qripdən qorunmaq üçün bu faydalı reseptdən istifadə edin. Soyuq fəsillərdə bu salatı hər gün qidalanmanıza daxil edin. Salata kələm turşusu ("molokan kələmi"), ağ və ya daha yaxşı qırmızı soğan və bitki yağı (zeytun, günəbaxan, qarğıdalı) daxildir. Bu 3 inqrediyent salata güclü müalicəvi və profilaktik xüsusiyyətləri bəxş edir:
- Kələm turşusu C vitamini ilə olduqca zəngindir və həmçinin mədə-bağırsaq siseminə çox müsbət təsir edir, faydalı mikrofloranı bərpa edir. Həm C vitamini, həm də bağırsaqların faydalı mikroflorası orqanizmin immun sisteminin normal fəaliyyətində böyük rol oynayır.
- Soğan bioflavonoidlərlə zəngin olan təbii antibiotikdir.
- Bitki yağları A və E vitaminləri kimi güclü antioksidantlarla zəngindir.

Son xəbərlər
Atambayev saxlanıldı
2019-08-08 17:45:08
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!