“Apple”də qalmaqal: 4 əməkdaş işdən çıxarıldı

2016-10-14 10:16:30 / 2369 dəfə oxunub

Avstraliyanın Brisben şəhərindəki mağazaların birində "Apple” şirkətinin əməkdaşları müştərilərin telefonlarından şəxsi şəkillərini oğurlayıblar. 

sabahinfo.Az xəbər verir ki, İKT.lent.az-ın "The Courier Mail” nəşrinə istinadən məlumatına görə, onlar həmçinin gizli alıcıların və qadın həmkarlarının şəkillərini çəkiblər. 

Nəşrin məlumatına görə, bu şəkillər sonradan Kainslend şəhərindəki digər mağazaların əməkdaşlarına çəkilən qadınların fiquralarının qiymətləndirilməsi üçün göndərilib.

İddia edilir ki, yaranmış qalmaqal səbəbindən kişi cinsindən olan 4 əməkdaş işdən çıxarılıb və vəziyyətin yumşaldılması üçün kadrlar üzrə xarici mütəxəssis cəlb olunub.

"Apple”dən isə bildiriblər ki, hazırda araşdırma aparılır və mağazanın bir neçə əməkdaşı əldə olunan məlumatlara əsasən, işdən azad olunub. "The Guardian” yazır ki, şirkət ziyan görənlər arasında müştərilərin olduğu barədə məlumatları inkar edir.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws