Gənc yazarın ilk şeirlər kitabının təqdimat mərasimi keçirilib

2016-10-15 12:39:40 / 8035 dəfə oxunub
14 Oktyabr saat 16:00-da "Kitabevim.az"da gənc yazar Məhəmməd TURANın " ŞEİR SEVGİLİM" adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Sabahinfo.az xəbər verir ki, tədbiri şairə Fərqanə Mediyeva açıq elan edərək qonaqları salamladıqdan sonra Məhəmməd Turanın şeirlərindən bəhs edən nitq söyləmişdir. Sonra tanınmış qələm sahiblərindən Dayandur Sevgin, Ayaz Arabaçı, Həmzəli İlyas, Qəşəm Nəcəfzadə, Balayar Sadiq , Aləmzər Sadıqqızı, Narıngül Nadirqızı, Nuranə Nur və digərləri, gənc yazarlardan Emil Rasimoğlu, Əntiqə Səməndər, Sərvər Kamranlı və başqaları çıxış edərək müəllifə yaradıcılıq uğurları arzulamışlar. Sonda Məhəmməd Turanın təqdimatında bir neçə şeir dinlənmişdir.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!