Lazımlı SMS

2016-10-15 15:19:48 / 4166 dəfə oxunub

Telekomunikasiya sahəsində reklam SMS –ləri deyilən bir anlayış var.

Şirkətlər mütəmadi olaraq bayram endirimləri, sezon aksiyaları edir və bu məlumatları insanlara SMS-lə çatdırmaq istəyir. Əslində hər şey normal görsənir. Lakin insanlar arasında sorğu keçirdikdə, onların SMS dən bezdiyi, narahat olduqları və s kimi fikirlər səslənir.

Təcrübəmə əsasən deyə bilərəm ki, iki səbəbdən bu narazılıqlar meydana gəlir.

1) Əbunəçinin icazəsi olmadan ona SMS gəlir

2) Əbunəçiyə aidiyyatı olmayan SMS gəlir.

Fikirləşdiyim Lazımlı SMS bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulub. İnsanların fikirini soruşaraq, onların istəyinə görə SMS göndəriləcək.

Hər bir vətəndaşın rahatlıqla daxil ola biləcəyi panel hazırladım. Ödənişsiz olaraq orada özünə lazım olan sahəni seçə bilir ki, ancaq o sahədən SMS gəlsin. Seçimlər içərisində " HEÇ YERDƏN ” bölməsi olur ki, bunu seçərək heç bir reklam SMS-i almayacaq. Mobil nomrəsini yerləşdirir və bununla da işi tamamlamış olur. Formun görünüşünə misal:

Beləliklə insanlar nəinki reklam SMS-lərindən narahat olacaq, hətta onlara lazım olan yerlərdən SMS gözləyəcəklər. Buna görə Lazımlı SMS layihəsini hazırladım.

Məqalə və İdea müəllifi: İsgəndərov Azad Azər oğlu.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws