Tərəvəz yeməyin 6 faydası

2016-10-18 22:26:47 / 1884 dəfə oxunub

Təbiətin bizlərə verdiyi dəyərli məhsullardan biri də tərəvəzlərdir. Tərəvəz tərkibində olan vitaminlər və mineral maddələrə görə dəyərli qida məhsullarından hesab olunur. Tərəvəz yeməyin 6 faydası ilə tanış olaq:

1. Ürək xəstəlikləri təhlükəsini azaldar. Mütəxəssislərin nəzərinə görə, tərkibində B vitamini olan tərəvəzləri yemək ürək xəstəlikləri riskini aşağı salar. Bu tərəvəzlərə ispanağı və kələm ailəsini misal göstərmək olar.
2. Diabet xəstəliyinin qarşısını alar. sabahinfo.Az deyerler.org-a istinadən bildirir ki, adətən bu xəstəliyə o kəslər düçar olur ki, bədənlərində maqnezium çatışmazlığı olur. İspanaq, və kələm ailəsinə daxil olan tərəvəzlər maqneziumla zəngindir və ona görə də diabet riksini azaldır.
3. Bədən əzələlərini gücləndirər. Aparılan tədqiqat göstərdi ki, o kəslər ki, orqanik olmayan qida məhsulları ilə qidalanmışdılar və daha çox nitrat qəbul etmişdilər, orqanik və təbii tərəvəzlərlə qidalanan idmançılarla müqayisədə daha zəif əzələlərə malikdirlər.
4. Sinə xərçəngi riskini azaldar. Tərə ən faydalı tərəvəzlərdəndir ki, tərkibində isothiocyanate maddəsi vardır. Bu maddə insanı xərçəng xəstəliklərindən qoruyar. Bu maddə xüsusilə sinə xərçəngi ilə mübarizə aparar.
5. Görmə qabiliyyətini yaxşılaşdırar. Görmə qabiliyyətini gücləndirmək üçün tərəvəzlərdən ən yaxşısı kökdür. Bundan əlavə, kələm ailəsinə daxil olan tərəvəzlər də görmə qabiliyyətini yaxşılaşdırar və göz sağlamlığı üçün faydalıdır.
6. Sümükləri sağlam edər. Əgər sümüklərinizin möhkəm olmasını istəyirsinizsə, kələm ailəsinə daxil olan tərəvəzlərdən çox istifadə edin. Bundan əlavə tərə, ispanaq tərkibində K vitamini olduğu üçün sümükləri sağlam və möhkəm edər.



Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09
Dollar UCUZLAŞDI
2017-05-23 17:15:42



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws