Şahnaz Nəsirova - "İncə-incə sevənlər var"

2016-10-22 21:35:56 / 10890 dəfə oxunub

QADIN....

Seni her gun sorushur
Qoyub getdyin qadin...
Cixmir ki,yaddashindan
Ne suretin,ne adin...

Kuleklere oyredir
Siqalini sacinin..
Herden bir sheker tapir
Icinden her acinin...

Ari kimi bal yiqir
Yuva qurur qush kimi...
Geceler yorqun dushur
Yataqina dash kimi...

Dabanlari sizlayir
Aqrilardan cat verir...
Sen bilmezsen gorenler
Bu derde ne ad verir...!

Seni senden qoruyur
Qoyub getdiyin qadin....
Omurunu,gununu
Yele verdiyin qadin....

 

DƏNİZ

..Hərdən
üzə çıxır xatirələr...
hərdən batır sularda.
Hələ 
nə sirlər gizlənir,
gör nələr yatır sularda...
...Çirkab götürməz,
cəsəd saxlamaz su...
Nə varsa diri qalır
sularda...


TANRİ İLƏ SÖHBƏT

Adam olmaqdan bezmişəm,Tanrım,
bir az da balıq olmaq istəyirəm...
Adamlığdan çıxıb çoxu,
seyrəkləşib Yer üzü...
Adam da adam əti yeyər,Tanrım..!?
Balıqlar başqadı...
məskəni də geniş sular,böyuk dənizlər...
hara istəsələr üzüb gedərlər...
unudarlar yer üzünü,
görməzlər pisıikləri..

Amma hərdən 
adamların toruna ilişər onlar da,
başlarına bəla olar inamları...
Adamlar dənizləri,cayları
çox görər onlara,
ölümünə fərman verər
balıqçı qırmaqları....
Çağırallar Allahı....
"Balıq olmaqdan yoruldum " deyə...
Qulaqlarına düşər insan hıçqırıqları...
"Adam olmaqdan yorulmuşam "..
Tanrım....

 

********

İncə-incə sevənlər var
kobud unudar səni....
Əllərinin istisini,
gözlərinin tüstüsünü
bir ikonaya satıb unudar səni....

Bir gülüşə,bir sevincə çiçəkliyər
quru budaqlar da...
"Sıfır"dan aşağı başlayar
bütün sevdalar,
amma "sıfır" həddinə dözüm olmaz
ayrılıqlarda....

bir bulud ağırlığıdı
kipriklərimin rəqsi...
yuxusu qaçmış gözlərimə 
Tanrı duasıdı qansızma...
Off...
yenə zoqquldayır ürəyim...

 

 **********

...Seni ,
sonuncu gullem kimi sixdim ozune...
cixdin 
dishlerim arasindan can kimi...
qan fishqirdi uzume...!
...
Boyat yuxularin esiriydn ..
yenemi aqriyir qolun,
ureyinin yerine...?

  

 *********** 

...men elektrik direyiyem...
sinirlerim meftil....
yuksek gerginlik menim ucun hec nedi...
menden asilib "El vurma oldurer!" lovhesi...
...yanimdan qorxa-qorxa kecib gedir adamlar...
eh...can yaman shirin sheydi.....!

...qalaq-qalaq aqrilqri otururem ...
cekirem bashima xatireleri...
uduram qeher-qeher 
teze keshf etdiyim planeti....
...bu gun bitir ayriliqlar.!..
sabaha 
vusal da yoxdu...
...bilirsen..?..


**********

..Bir de goreceksen gelib cixmisham,
O uzaq sheherden o yad sheherden..
Yolumu ne qeder gozleyenler var,
"Sen" deyib durmusham mense seherden...

Ishiqli kuceler bambashqadi ta...
Kecidler ta meni saxlaya bilmir
Pasport isteyen var, ad sorushan var
Hec kes ureyimi yoxlaya bilmir...

Ucurur sacimi esen kulekler,
Etri menden qabaq catacaq sene...
Kiminse elinde solur cicekler
Gozunu yash tutur yene kiminse...

Ayiq ol,yanindan kecib gederem
Taniya bilmezsen...
cox deyishmishem...
Sene son sheklimi gonderirem,bax
Neceyem...?
.doqrudan cox deyishmishem?!...

 

 *********

...Acib tokeceksen albomu.....
...qarishdiracaqsan shekilleri....
...nese axtara...axtara....geceni qoshacaqsan sabaha....
......elin bosh qalacaq ....donmeyecek itkilerin....

....hirsle tullayacaqsan...kenara..
...dalinca bir tepik de vuracaqsan..
...gunahkar olmasa da...
....qezebini soyutmaqa bir iki shekli de yandiracaqsan...

......sonra ....sonra yadina dushecek....
...qosha sheklimizin yoxluqu...
...uzune qayidacaq....icine cirpilacaq
...bayaqki shuxluqun....

 

 **********

Məni aldadır ürəyim...
sancır...sancır...
mən də onu aldadıram,
sancı-sancı...

Səhər Günə tuturam,
gecə Aya sərirəm...
üzümü qibləyə tutub
ağrı qılıram şərəfinə....

Həkimlər aldadır ikimizi də...
ürəyində heç nə yoxdu deyə..
uzun bir resept yazıb
verir ürəyimə....


 ********

Mənsiz goylərə baxıb
Ürəyin darıxdımı...
Gözündən uzaq olan 
Könlundən iraqdımı..?

Səsini dönə-dönə
Yudu,yudu yağişlar.
Göy üzünə ah kimi 
Çəkildi ağ buludlar.

Günahını içinə
Çəkdi son nəfəs kimi.
Mən dunyada daş kimi,
O məndə günah kimi...

Axşamlar sükut çökür
O yollara izlərə.
Mələklər qollarında
Məni endirir yerə.

Kipriklərinə qonub
Xəyalına köçürəm.
Səhərədək bu yolu
Milyon dəfə ölçürəm...

Ver mənə əllərini
Yuxudu..kimsə görməz..
Pərişan hörükləri
Özgə darayıb hörməz

 

 

 

 

 

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!